az en
News / U-17-nin üzvləri üçün məşğələ keçirilib (fotolar)

U-17-nin üzvləri üçün məşğələ keçirilib (fotolar)

U-17 Dərc olundu: 24.04.2019 Çap
Xəbər verdiyimiz kimi, aşağı yaş qruplarından ibarət milli komandalara çağırılan futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə ötən ildən etibarən məqşçi heyətinə pedaqoq Cahangir Səlimxanov cəlb olunub. 
 
U-17-nin üzvləri üçün məşğələ keçirilib (fotolar)
C.Səlimxanovun rəhbərliyi ilə hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri üçün hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətlərin aşılanması mövzusunda məşğələ keçirilib. Komanda üzvləri il ərzində müxtəlif mədəni tədbirlərdə iştirak edəcək, xarici səfərlər zamanı topladıqları təəssüratları müzakirə edəcək və onları elektron vasitələrlə izləyiciləri ilə bölüşəcəklər. 
Qeyd edək ki, C.Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.
 
 
Baş Sponsor 
Proyekt Partnyorları