az en
News / U-17 (qızlar) qələbə qazanıb

U-17 (qızlar) qələbə qazanıb

U-17 (qızlar) Dərc olundu: 30.07.2015 Çap
U-17 (qızlar) qələbə qazanıb
17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız ikinci oyununu keçirib. Latviyadan olan həmyaşıdları ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Firəngiz Teymurovanın dubl etdiyi oyunda digər qolu Rövşanə Sərdarlı vurub.
Turnir çərçivəsində üçüncü turun oyunları iyulun 31-də keçiriləcək. Yığmamız Bolqarıstan millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.30-da başlayacaq. 
 
 
 
Baş Sponsor 
Partnyorlar