az en
News / U-19-un heyətində dəyişiklik edilib

U-19-un heyətində dəyişiklik edilib

U-19 Dərc olundu: 02.09.2019 Çap
Sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. “Sabah” klubunun futbolçusu Murad Bağırov zədəli olduğu üçün heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub.
 
U-19-un heyətində dəyişiklik edilib
Xatırladaq ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.
 
Baş Sponsor 
Partnyorlar