az en
News / U-19-un ilkin seçmə mərhələdə son oyunu

U-19-un ilkin seçmə mərhələdə son oyunu

U-19 Dərc olundu: 10.10.2017 Çap
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirəcək.
U-19-un ilkin seçmə mərhələdə son oyunu
Futbolçularımız İrlandiyanın Ueksford şəhərindəki Ferrycarrig Park stadionunda Kipr yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya komandası ilə 0:0 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Serbiya yığmasına 1:4 hesabı ilə məğlub olub.
 
Baş Sponsor 
Partnyorlar