19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında “Şüvəlan”la keçirilmiş qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Rüfət Abdullazadənin dubl etdiyi oyunda U-19-un digər qolunu Elvin Cəfərquliyev vurub.