az en
News / U-21-in mətbuat üçün açıq məşqi olacaq

U-21-in mətbuat üçün açıq məşqi olacaq

U-21 Dərc olundu: 10.10.2018 Çap
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda mətbuat üçün açıq məşqi olacaq. Oktyabrın 12-də, saat 17:00-da, Bayıl Arenada başlayacaq məşqdən əvvəl – saat 16:30-da baş məşqçi Rəşad Sadıqov və futbolçular jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, komanda Norveçə oktyabrın 13-də yola düşəcək.
 
U-21-in mətbuat üçün açıq məşqi olacaq
Baş Sponsor 
Partnyorlar