az en
News / "UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində tədbir

"UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində tədbir

UEFA Dərc olundu: 01.03.2017 Çap
Gürcüstanın paytaxtı Tbilisidə UEFA-nın "UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində "Şərqi Avropa ölkələrində kütləvi futbolun inkişafı" adlı tədbir keçirilir. 
 
"UEFA GROW" əməkdaşlıq proqramı çərçivəsində tədbir
Tədbirdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev və Grassroots koordinatoru Cahangir Həsənzadə iştirak edir. Elxan Məmmədov AFFA-nın "GROW 2020" İnkişaf Proqramını təqdim edib və Şərqi Avropa ölkələrinin kütləvi futbolda üzləşdiyi əsas problemlər haqqında danışıb. Tədbirdə Elxan Məmmədovla yanaşı, UEFA İcraiyyə Komitəsinə İsveç və İrlandiyadan olan namizədlər iştirak edib.
UEFA-nın "UEFA GROW" əməkdaşlıq proqramı ilk dəfə 2 il öncə Azərbaycanda tətbiq edilməyə başlayıb.
 
Baş Sponsor 
Partnyorlar