az en
News / UEFA Millətlər Liqası – ümumi məlumat

UEFA Millətlər Liqası – ümumi məlumat

Millətlər Liqası Dərc olundu: 20.09.2017 Çap
UEFA Millətlər Liqası milli komandalar üçün nəzərdə tutulmuş yeni yarışdır. Turnir mövcud beynəlxalq yarış təqvimi çərçivəsində iki ildən bir təşkil olunacaq və ilk yarış 2018/19 mövsümündə keçiriləcək. Yarışın məqsədi milli komandaların futbolunun davamlı uğurunu təmin etməkdir və yarış daha rəqabətli oyunların keçirilməsini şərtləndirəcək. Hər bir oyunun həlledici ola biləcəyi kompakt format turnirin dinamikliyini təmin etməklə yanaşı, komandaları bütün qarşılaşmalara diqqətli yanaşmağa vadar edəcək.
 
UEFA Millətlər Liqasında hər oyun vacib olacaq
 
 
UEFA Millətlər Liqası – ümumi məlumat
UEFA-nın 55 üzv assosiasiyasının hər biri yarışda iştirak edəcək və milli komandaların eyni reytinqə malik rəqiblərə qarşı oynamasını təmin etmək məqsədilə onlar reytinq əmsalları əsasında dörd qrupa bölünəcəklər. Hər bir liqa üç və ya dörd komandadan ibarət dörd qrupa bölünəcək. Qrup qalibləri daha yüksək liqaya vəsiqə qazanacaq, qrupu sonuncu yerdə başa vuranlar isə aşağı liqaya düşəcəklər. Yüksəlişlər / enişlər yarışın növbəti mövsümü üçün qrupları müəyyən edəcək. A Liqasında ən yüksək reytinqə malik olan komandalar, D Liqasında isə ən aşağı reytinqə malik komandalar yer alacaq. Milli komandamız ilk UEFA Millətlər Liqasında D liqasında mübarizə aparacaq.
A Liqasının qrup qalibləri 2019-cu ilin iyun ayında keçiriləcək Final turnirinə vəsiqə qazanacaq. Final turniri yarımfinal görüşlərindən, üçüncü yer uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk qalibini müəyyənləşdirən final görüşündən ibarət olacaq.
 
 
24 yanvar Lozanna şəhərində UEFA Millətlər Liqası brendi ictimaiyyətə təqdim edildi. Tədbirdə həmçinin qrup mərhələsinin püşkatması keçirildi və milli komandamızın rəqibləri bəlli oldu.
 
 
2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında, hər bir qrupun daxilində, komandalar bir-birinə qarşı evdə və səfərdə oynayacaqlar. Milli komandamız ilk oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo millisinə qarşı keçirəcək.
 
 
Oyunların nəticəsində qrup qalibləri müəyyən ediləcək. D liqasının 4 qrupunun hər bir qalibi 2020-ci ildə təşkil olunacaq növbəti UEFA Millətlər Liqasında C qrupunda mübarizə aparacaq. Qrup qaliblərindən 2019—cu ildə keçiriləcək Avropa Seçmə mərhələsindən final mərhələyə vəsiqə qazana bilməyənlər 2020-ci ilin martında təşkil olunacaq pley-off mərhələsində iştirak edəcəklər. Pley-offların nəticəsində hər liqadan 1 milli komanda Avro 2020-nin final mərhələsinə vəsiqə qazanacaq.
 
UEFA Millətlər Liqasını səbirsizliklə gözləmək üçün səbəblərin sayı çoxdur!
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları