az en
News / UEFA nümayəndələri ilə görüş (fotolar)

UEFA nümayəndələri ilə görüş (fotolar)

Avro-2020 Dərc olundu: 17.11.2017 Çap
2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.
 
UEFA nümayəndələri ilə görüş (fotolar)
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Guillaume Poisson və Fan Zonalar üzrə menecer Thomas Gloorla görüşüb. UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.
Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
 
Baş Sponsor 
Partnyorlar