az en
News / UEFA nümayəndələrinin səfəri davam edir (fotoreportaj)

UEFA nümayəndələrinin səfəri davam edir (fotoreportaj)

Avropa Liqası Dərc olundu: 13.02.2019 Çap
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu – 5-ci işgüzar səfəri başlayıb. 
 
UEFA nümayəndələrinin səfəri davam edir (fotoreportaj)
Fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media  və sair  məsələlərlə bağlı görüşlər keçirir. AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüşlərdə iştirak edib, qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
Baş Sponsor 
Partnyorlar