az en
News / UEFA-nın müvafiq komitəsinə məlumat veriləcək

UEFA-nın müvafiq komitəsinə məlumat veriləcək

UEFA Dərc olundu: 06.11.2017 Çap
Topaz Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda fair-play nümunəsi qeydə alınıb.
UEFA-nın müvafiq komitəsinə məlumat veriləcək
Oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.
Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat veriləcək.
 
Baş Sponsor 
Partnyorlar