az en
News / Vəli Qasımovun yubiley oyunu (fotoreportaj)

Vəli Qasımovun yubiley oyunu (fotoreportaj)

AFFA Dərc olundu: 16.11.2018 Çap
Bayıl stadionunda Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, Ukrayna, Rusiya, İspaniya və Portuqaliyada uğurlu legioner karyerası yaşamış, 1992-ci il Rusiya çempionatının bombardiri, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərən Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.
 
Vəli Qasımovun yubiley oyunu (fotoreportaj)
Oyunda şərti olaraq “Dostlar” və “Veteranlar” adlandırılmış komandalar üz-üzə gəlib. “Veteranlar”ın heyətində Elxan Həsənov, Novruz Əzimov, Ədəhim Niftəliyev, Tərlan Əhmədov, Şahin Diniyev, Nazim Süleymanov, Yunis Hüseynov, Yaşar Vahabzadə, Vəli Qasımov (K), Samir Ələkbərov, Mahmud Qurbanov və Əli Abışov, “Dostlar”da isə Rinat Dassayev, Viktor Losev (K), Xuan Xose Kamaço, Valeri Şmarov, Roberto Bordin, Dmitri Ananka, Nikolay Pisarev, Joaquin Parra, İqor Kolıvanov, Adolfo Aldana, Chigi Conde və Ramiz Əhmədov yer alıb. Vəli Qasımov ikinci hissədə “Dostlar”ın heyətində çıxış edib. “Veteranlar”ın baş məşqçisi Valeri Qazzayev, “Dostlar”ın çalışdırıcısı isə Kazbek Tuayev olub.
Qarşılaşma 5:5 hesabı ilə başa çatıb. Qolları Vəli Qasımov, 24, Samir Ələkbərov, 36;37, Yunis Hüseynov, 41, T.Əhmədov, 43 // Valeri Şmarov, 9;39/ Vəli Qasımov, 29;50 və İqor Kolıvanov, 45 vurub.
 
Baş Sponsor 
Proyekt Partnyorları