az en
News / V.Qranatkin turniri: Belarus - Azərbaycan: Məşqçi fikirləri

V.Qranatkin turniri: Belarus - Azərbaycan: Məşqçi fikirləri

U-19 Dərc olundu: 20.01.2017 Çap
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Belarus – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
V.Qranatkin turniri: Belarus - Azərbaycan: Məşqçi fikirləri
Roman Kirenkin (Belarus yığmasının baş məşqçisi): “Ümumilikdə, yaxşı oyun oldu. Bəxtimizin gətirdiyi, eləcə də, şanssız olduğumuz məqamlar vardı. Azərbaycan yığması həqiqətən güclü komandadır. Turnirin əvvəlindən bu komandanın oyununu izləyərkən, qarşılaşacağımız təqdirdə böyük çətinliklərlə üz-üzə qalacağımızı ehtimal edirdik. Rəqibimizin xüsusilə topla düzgün davranışını qeyd etmək istərdim. Texniki baxımdan bizdən üstün idilər. Belə komanda ilə qarşılaşmaq çox xoşdur. Səhvlərimiz oldu, üzərində işləyəcəyik. Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
 
Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): “Bizim üçün həddindən artıq ağır oyun oldu. Futbolçularımızda fiziki yox, daha çox psixoloji yorğunlu hiss olunurdu. Üstəlik, Belarus yığması kifayət qədər güclü komandadır. Xeyli çətinliklə üzləşdik, üstəlik, qol da buraxdıq. Lakin son dəqiqələrdə bəxtimiz gətirdi. Ümumiyyətlə, bütün oyun ərzində hücumda olmaq çox çətindir. Öz növbəmdə, mən də turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
 
Baş Sponsor 
Partnyorlar