az en
News / V.Qranatkin turniri: Qazaxıstan - Azərbaycan: Məşqçi fikirləri

V.Qranatkin turniri: Qazaxıstan - Azərbaycan: Məşqçi fikirləri

U-19 Dərc olundu: 11.01.2017 Çap
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Qazaxıstan – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
V.Qranatkin turniri: Qazaxıstan - Azərbaycan: Məşqçi fikirləri
Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): “Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidir. Səhvlərmizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.
 
Aleksandr Kuznetsov (Qazaxıstan yığmasının baş məşqçisi): “Azərbaycan yığmasının başqa turnirlərdəki oyunlarını izləmişdik. Rəqbimizi yaxşı tanıyırdıq. Güclü komandadır, futbolçuların çoxu təcrübəlidir. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı”.
 
Baş Sponsor 
Partnyorlar