az en
News / Xatirə turnirinə yekun vurulub (fotoreportaj)

Xatirə turnirinə yekun vurulub (fotoreportaj)

Turnir Dərc olundu: 23.02.2019 Çap
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri hesab edilən Anatoli Banişevskinin anadan olmasının 73-cü ildönümü ilə əlaqədar AFFA, Futbol Veteranları İttifaqı və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə xatirə turniri keçirilib.
 
Xatirə turnirinə yekun vurulub (fotoreportaj)
2007-cı il təvəllüdlü uşaqlardan ibarət komandaların iştirak etdiyi turnirin final oyununda əvvəl AFFA-nın və "Neftçi" Peşəkar Futbol Klubunun nümayəndələri, təşkilatçılar, veteran futbolçular A.Banişevskinin məzarını ziyarət edib, gül dəstələri qoyublar.
Daha sonra həlledici oyunda “Səbail” və “Sabah” komandaları qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Oyunsonrası penaltilər seriyasında rəqibini 2:4  hesabı ilə məğlub edən “Sabah” turnirin qalibi olub. Üçüncü yer uğrunda keçirilmiş oyunda isə “Neftçi” “Xəzri” üzərində 5:0 hesablı qələbə qazanıb. Fərid Məcidov (“Neftçi”) turnirin ən məhsuldar oyunçusu olub. Babamirzə Mehdiyev (“Sabah”) ən yaxşı oyunçu, Aqşin Nəsirov (“Səbail”) ən yaxşı qapıçı, İslam Kərimov (Amasiya) isə ən yaxşı məşqçi seçilib. Fair play mükafatı Məsum Əliyevə (“Səbail”) təqdim olunub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar