az en
News / Xatirə turnirinin açılış mərasimi keçirilib (fotoreportaj)

Xatirə turnirinin açılış mərasimi keçirilib (fotoreportaj)

AFFA Dərc olundu: 05.05.2015 Çap
Xatirə turnirinin açılış mərasimi keçirilib (fotoreportaj)
AFFA-nın dəstəyi, "Kəpəz" Futbol Klubunun və Təhsil İdman Məktəbinin təşkilatçılığı ilə Gəncə şəhərində Konstantin Abramenkonun xatirə turnirinin açılış mərasimi keçirilib. AFFA əməkdaşlarının və futbol veteranlarının iştirak etdiyi tədbirdə "Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev, futbol veteranı Müzəffər Qasımov və AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov çıxış edərək, Gəncə futbolunda silinməz izlər buraxan Abramenko ilə bağlı xatirələrini dilə gətirib, bu cür turnirlərin ənənəvi olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, 8 komandanın mübarizə apardığı turnirin qalibləri AFFA tərəfindən kubok, medallar və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.
 
Baş Sponsor 
Partnyorlar