az en
News / “...yaxşı oynayan hər zaman qalib gəlmir”

“...yaxşı oynayan hər zaman qalib gəlmir”

U-21 Dərc olundu: 07.06.2019 Çap
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində "Sportpark Eschen Mauren" stadionunda keçirilən Lixtenşteyn - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Milan Obradoviç affa.az-a fikirlərini bildirib:
 
“...yaxşı oynayan hər zaman qalib gəlmir”
“Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi 10 nəfərlə müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq. Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardır. Təbii ki, bu cür nəticə gözləmirdim.
 
Futbolçulara deyəcək sözüm yoxdur. Onlar bütün bacarıqlarını maksimum yerinə yetirdilər. Futbol elə bir oyun odur ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdır. Bilirəm ki, biz düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçura görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq.
 
Bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədir. Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidir. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha çox çalışmalıyıq, daha yaxşı hazırlaşmalıyıq”.
 
Baş Sponsor 
Proyekt Partnyorları