az en
News / Yay futbol düşərgəsi fəaliyyətə başlayıb

Yay futbol düşərgəsi fəaliyyətə başlayıb

Kütləvilik Dərc olundu: 21.06.2017 Çap
AFFA kütləvi futbolun, xüsusilə də uşaq futbolunun  təbliği və məktəblilərin yay tətilllərinin səmərəli təşkili məqsədilə “Yay Futbol Kampları”-nı təşkil edir. İyun və iyul ayları ərzində ümumilikdə, 4 kamp təşkil olunacaq. 
Yay futbol düşərgəsi fəaliyyətə başlayıb
Birinci kamp artıq başlayıb və 23 iyun tarixinədək davam edəcək. Kamplar AFFA-nın kütləvi futbol departamenti və B kateqoriyalı məşqçilər tərəfindən idarə olunur.
 
Kamplar Mərdəkanda yerləşən AFFA məşq mərkəzində keçirilir və iştirakçılar nəqliyyat vasitəsilə təmin olunurlar. Kampların keçirlmə tarixləri:
 
I kamp: 19-23 İyun
II kamp: 26-30 İyun
III kamp: 3-7 İyul
IV kamp: 10-14 İyul
 
Kamplarda 2006-2008-ci il təvəllüdlü oğlan və qızlar iştirak edə bilər. Hazırda qeydiyyat davam edir və yerlər məhdud saydadır.
 
Qeydiyyat və əlavə məlumat almaq üçün əlaqə nömrəsi: +99455 5112075
İŞTİRAK ÖDƏNİŞSİZDİR
 
Baş Sponsor 
Partnyorlar