az en
News / Yığma komandalar ilk oyununu keçirəcək

Yığma komandalar ilk oyununu keçirəcək

Turnir Dərc olundu: 01.11.2017 Çap
2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının proqramına futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət yığma komandalar arasında turnir daxil edilib.
 
Yığma komandalar ilk oyununu keçirəcək
Müvafiq yaş qrupuna aid Azərbaycan yığmaları bu turnirin təsnifat mərhələsində bu gün ilk oyununa çıxacaq. Oğlanlardan ibarət yığmamızın yer aldığı qrupun oyunları Slovakiyada, qızların qrup oyunları isə Portuqaliyada keçiriləcək.
Oyunların təqvimini diqqətinizə çatdırırıq: 
 
Oğlanlar
1 noyabr
Slovakiya -  Azərbaycan
 
2 noyabr
Azərbaycan – Rusiya
 
4 noyabr
Hollandiya – Azərbaycan
 
 
Qızlar
1 noyabr
İtaliya – Azərbaycan
 
2 noyabr
Portuqaliya – Azərbaycan
 
4 noyabr
Azərbaycan – Ukrayna
 
Baş Sponsor 
Partnyorlar