az en
News / Yığmalarımız son oyununu keçirib

Yığmalarımız son oyununu keçirib

Turnir Dərc olundu: 04.11.2017 Çap
 
Futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsi çərçivəsində son oyununu keçirib. 
 
Yığmalarımız son oyununu keçirib
Slovakiyada keçirilən qrup mərhələsində Hollandiya yığması ilə qarşılaşan oğlanlardan ibarət millimiz 0:7 hesabı ilə məğlub olub. Qızlardan ibarət yığmamız isə Portuqaliyada keçirilən qrup mərhələsində Ukrayna yığması ilə 2:2 hesablı heç-heçə edib. Komandamızın qollarını Həqiqət Qasımova və Ayşən Əhmədova vurublar.
 
Baş Sponsor 
Partnyorlar