az en
News / Yığmamız Gürcüstan komandası ilə qarşılaşıb

Yığmamız Gürcüstan komandası ilə qarşılaşıb

U-15 Dərc olundu: 25.04.2018 Çap
Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib.
 
Yığmamız Gürcüstan komandası ilə qarşılaşıb
Azər Məmmədovun rəhbərlik etdiyi komanda Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.
Aprelin 27-də keçiriləcək növbəti oyundayığmamız Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.
 
Baş Sponsor 
Partnyorlar