az en
News / Yığmamız qələbə qazanıb

Yığmamız qələbə qazanıb

U-19 Dərc olundu: 27.03.2017 Çap
Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Estoniyanın U-19 komandasına qarşı keçirilmiş oyun 5:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıxov fərqlənib.
Bu komandalar arasında martın 25-də keçirilmiş yoldaşlıq görüşündə hesab açılmamışdı.
 

 
Yığmamız qələbə qazanıb
Baş Sponsor 
Partnyorlar