az en
News / Yığmamız son oyununda qələbə qazanıb

Yığmamız son oyununda qələbə qazanıb

U-19 Dərc olundu: 20.01.2017 Çap
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.
 
Yığmamız son oyununda qələbə qazanıb
9-cu yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş qarşılaşma 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 (ümumi nəticə: 6:5) hesabı ilə qalib gələrək turniri 9-cu pillədə başa vurub.
20 yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar yığmamızın futbolçuları meydana qara sarğı ilə çıxıb.
 
Baş Sponsor 
Partnyorlar