az en
News / “Yorğunluq məğlubiyyətə bəraət ola bilməz”

“Yorğunluq məğlubiyyətə bəraət ola bilməz”

A Milli Dərc olundu: 29.05.2016 Çap
Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün keçirilmiş Azərbaycan – Makedoniya yoldaşlıq oyunu barədə millimizin baş məşqçisi Robert Prosineçkinin fikirlərini diqqətinizə çatdırırıq:
 
“Yorğunluq məğlubiyyətə bəraət ola bilməz”
“İki fərqli hissə izlədik. Birinci hissədə pis oynadıq. Rəqibə iki qol hədiyyə verdik. Ötürmə verə bilmədik. Fasilədən sonra oyun dəyişdi. Qol epizodları yaratdıq, lakin Əfran İsmayılov, Ruslan Qurbanov və Ağabala Ramazanov həmin fürsətlərdən yararlana bilmədilər. Hesabı bərabərləşdirə bilərdik. Niyə alınmadığını bilmirəm. Təhlil etməliyəm. İkinci hissədən razıyam. Mövsümün sonu olduğu üçün futbolçular yorulub. Amma bu, məğlubiyyətə görə bəraət ola bilməz”.
 
Baş Sponsor 
Partnyorlar