az en
News / “Zirə” və “İnter” qələbə qazanıb

“Zirə” və “İnter” qələbə qazanıb

Avropa Liqası Dərc olundu: 30.06.2017 Çap
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan təmsilçilərimiz - “Zirə” və “İnter” ilk oyununu keçirib.
 
“Zirə” və “İnter” qələbə qazanıb
“Dalğa Arena”da Lüksemburqun “Differdange” klubunu qəbul edən “Zirə” 2:0 hesabı ilə qələbə qazanıb. Oyunda hesabı Riçard Qadze açıb. Fasilədən sonra Kervens Belfort komandasının üstünlüyünü 2 topa çatdırıb.
Avrokubok mövsümünə səfərdə start verən “İnter” isə Serbiya “Mladost”u ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Adrian Skarlatakenin dublu etdiyi oyunda digər qolu Rauf Əliyev vurub. 
Bu komandalar arasında cavab qarşılaşması iyulun 6-da keçiriləcək.
 
 
 
 
Baş Sponsor 
Partnyorlar