3x3 Girls Tournament | Baku 2013

 
Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının ən prioritet məsələlərindən biridir. 
22 sentyabr - 13 oktyabr 2012 tarixlərində ölkəmiz FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə ev sahibliyi etdi. Bu cür futbol turnirinin təşkili ölkə futbolu tarixində önəmli bir tədbirə çevrildi. Çempionat insanların diqqətini qadın futboluna yönəltmiş, qadın futbolçu və hakimlərin sayının artmasına, qadın futbol klublarının və liqalarının yaranmasına səbəb olmuşdur. 
 
 
UNİCEF və 3x3 Qızlar Turniri

AFFA ilə UNICEF Azerbaijan-ın birgə əməkdaşlığı çərçivəsində Bayıl stadionunda qızlar arasında 3 yaş qrupu üzrə "3x3 Qızlar turniri" təşkil olunub. Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunub. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxıb. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olub.
3 kateqoriya üzrə keçirilmiş turnirdə 50 komanda iştirak edib. Komandaların heyətində meydana 240 qız çıxıb ki, onlardan 61 nəfəri futbola yeni başlayan, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçular olub.
 
 
Mükafatlandırma

Turnir çərçivəsində iştirakçılar arasında penalti zərbələri üzrə yarış keçirilib. Qaliblər mükafatlandırılmışdır:
Nərmin Əjdərli - "Xəzər", 1993-cü il təvəllüdlü
Könül Allahquliyeva - "Vətən", 2001-ci il təvəllüdlü
Ülviyyə Həşimli - "Qax", 1997-ci il təvəllüdlü
 
Müxtəlif kateqoriyalar üzrə qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılmışdır:
Elit kateqoriya (01.01.1997-ci ilədək anadan olanlar):
1. "Qarabağ"; 2. "Əhmədli Yunayted"; 3. "Xəzər"
 
Senior kateqoriya (01.01.1997-ci ildən 01.01.2001-ci ilədək anadan olanlar):
1. UGİM-9; 2. "Fərəh"; 3. "Baku Star"
 
Junior kateqoriya (01.01.2001-ci ildən sonra anadan olanlar):
1. "Mingəçevir-3; 2. "Şəki"; 3. "Mingəçevir-2"
 
 
 
 
 
3x3 Girls Tournament | Baku 2013 3x3 Girls Tournament | Ismailly 2014