MY Yay Futbol Məktəbi

Azərbaycanda 2013, 2014-cü illərdə ardıcıl olaraq  keçirilən Mançester Yunayted Yay Futbol Məktəbi 8-12 yaş arasında qız və oğlanlar üçün təşkil olunur. Onlardan ən yaxşıları Azərbaycanın bir neçə şəhərində keçirilən ilkin mərhələdə seçilir. Seçim mərhələsinin qalibləri “Mançester Yunayted”in əfsanəvi uşaq-gənc akademiyasının təcrübəli məşqçiləri tərəfindən keçirilən məşğələlərdə iştirak etmək imkanı qazanırlar. Nəhayət, məşğələlərdə özlərini ən yaxşı tərəfdən göstərən iştirakçılar dahi klubun bazasında məşq etmək üçün Mançesterə yollanmaq şansı əldə edirlər.
Şanlı futbol ənənələrinə malik olan “Mançester Yunayted” klubu indiki statusunu bir çox görkəmli futbolçular nəslini yetişdirmiş uşaq və gənc məşqçilərinin inadla işləməsi sayəsində əldə etmişdir. Bu məşq prosesinin bir hissəsi olmaq futbol istedadı olan azərbaycanlı uşaqlar üçün möhtəşəm bir fürsətdir. Uşaqlarımıza bu fürsəti isə milli futbolun inkişafı çərçivəsində çalışan AFFA və Bakcell  verir.
MY Yay Futbol Məktəbi MY Əfsanələri Millimizə daha yaxın olaq Barclays Premyer Liqasının Kuboku Millinin oyunçuları Bakcell-in Məlumat Mərkəzində Doğma Komandaya DogmaCin-lə dəstək olun!