Millinin oyunçuları Bakcell-in Məlumat Mərkəzində

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti birlikdə fevralın 10-da Bakcell abunəçiləri üçün xoş sürpriz edib.
 
Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov və müdafiəçisi Mahir Şükürov Bakcell şirkətinin Məlumat Mərkəzinə gələrək abunəçilər tərəfindən 555 qısa nömrəsinə edilən zəngləri cavablandırıblar. Əvvəlcə qonaqlar peşəkar operatorlar tərəfindən abunəçi müraciətlərinə baxılması prosesi ilə tanış olub, kiçik bir təlim keçdikdən sonra isə özlərini operator vəzifəsində sınayaraq bir neçə zəngi cavablandırıblar.
 
“Məlumat Mərkəzinin necə işlədiyini canlı şəkildə görmək çox maraqlı idi. Özüm operator kimi işlədim və abunəçilərlə danışdım. Gün ərzində müxtəlif insanlarla o qədər danışmaq asan iş deyilmiş. Amma mən də burada işləməyi bacarardım, çünki çox mehriban kollektiv var. Buna görə vaxtın necə keçdiyini hiss etmirsən”, - deyə millimizin oyunçusu Mahir Şükürov bildirib.
 
Vaqif Cavadov: “Mən özüm də məlumat almaq üçün 1-2 dəfə Bakcell Məlumat Mərkəzində zəng etmişəm. Düşünürdüm ki, operatorların işi asandır, oturub telefonla danışırlar. Özümü operator vəzifəsində sınadım. Zənglərin idarə olunması və bütün sualları cavablandırmaq elə də asan deyilmiş. Hər xasiyyətdə insan zəng edə bilər. Hətta boş vaxtını sərf etmək üçün zəng edib aidiyyatı olmayan suallar verən də olur. Burada çalışan operatorlar çox təmkinli və peşəkardılar. Onlara uğurlar arzu edirəm”.
 
Fevralın 10-da Məlumat Mərkəzinə zəng edən şanslı abunəçilər millimizin oyunçuları ilə danışmaq, eyni zamanda hədiyyə qazanmaq şansı da əldə ediblər.
   
 
MY Yay Futbol Məktəbi MY Əfsanələri Millimizə daha yaxın olaq Barclays Premyer Liqasının Kuboku Millinin oyunçuları Bakcell-in Məlumat Mərkəzində Doğma Komandaya DogmaCin-lə dəstək olun!