2013 2014

Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assossiasiyası (AFFA)-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıt) məktəbə seçim turları təşkil olunub. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 İyun tarixlərində Bakıda, “Bakcell Arena”da “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri Karl Uayld və Pol Qrey tərəfindən keçirilmiş təlim-məşq toplanışlarında iştirak ediblər.
Təlim-məşq toplanışının nəticələrinə uyğun seçilən 6 gənc istedad - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva Mançester şəhərinə səfər edib, əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted Futbol Məktəbi”, eləcə də komandanın təlim-məşq bazasını ziyarət etmək imkanını qazanıblar.
Futbol Məktəbinin iştirakçılarından biri – Nigar Mirzəliyeva avqustun 3-dən 5-dək Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində toplanışda olub. 5 iştirakçı – Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov və Xəyal Əliyev isə avqustun 10-dan etibarən Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində toplanışda olublar. Onlardan biri - Tamerlan Rizvanov "Mançester Yunayted" Futbol Məktəbinin Dünya Bacarıqlar Finalına vəsiqə qazanıb. Tamerlan Rizvanov 2013-cü il oktyabr ayının 17-dən 20-dək İngiltərənin Mançester şəhərində Aon İdman Kompleksində Dünya Bacarıqlar Finalı-nda iştirak edib. Bundan əlavə, o, 2013-cü il oktyabrın 19-da  "Old Trafford" stadionunda İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Mançester Yunayted" – “Southhampton” oyununu izləyib.
   
 
MY Yay Futbol Məktəbi MY Əfsanələri Millimizə daha yaxın olaq Barclays Premyer Liqasının Kuboku Millinin oyunçuları Bakcell-in Məlumat Mərkəzində Doğma Komandaya DogmaCin-lə dəstək olun!