Ən yaxşı oyunçu
PAŞA Sığorta təqdimatında
 
 
2 ardıcıl il, 2016-cı və 2017-ci illərin son günlərində, AFFA-nın rəsmi Facebook kanalında PAŞA Sığorta-nın təqdimatında “Ən yaxşı oyunçu” nominasiyası elan edildi. Yeni nominasiyasının şərtlərinə əsasən, ən yaxşı oyunçunu azarkeşlər Facebook səsverməsi ilə seçdilər. Seçim 2016-cı və 2017-ci illər ərzində Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda meydana çıxmış oyunçular arasında keçirilib.
 
2016-cı ildə rəsmi oyunlarda meydana çıxmış oyunçuların siyahısı:
 
Əfran İsmayılov, Ağabala Ramazanov, Araz Abdullayev, Arif Daşdəmirov, Bədavi Hüseynov, Deniz Yılmaz, Dmitri Nazarov, Kamran Ağayev, Eddi İsrafilov, Emin Mahmudov, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Namik Ələskərov, Rahid Əmirquliyev, Ramil Şeydayev, Rəşad Sadıqov, Ruslan Qurbanov.
 
2017-ci ildə rəsmi oyunlarda meydana çıxmış oyunçuların siyahısı:
 
Ağabala Ramazanov, Araz Abdullayev, Bədavi Hüseynov, Cavid Hüseynov, Dəniz Yılmaz, Dmitri Nazarov, Eddi İsrafilov, Əfran İsmayılov, Kamran Ağayev, Qara Qarayev, Mahir Mədətov, Maksim Medvedev, Məhəmməd Mirzəbəyov, Namiq Ələskərov, Pavel Paşayev, Rahid Əmirquliyev, Ramil Şeydayev, Renat Dadaşov, Rəşad Sadıqov, Riçard Almeyda, Ruslan Abishov, Ruslan Qurbanov, Təmkin Xəlilzadə, Tərlan Quliyev, Səlahət Ağayev
 
AFFA-nın Facebook səhifəsində keçirilmiş səsvermə nəticəsində 2016-cı ildə Rəşad Sadıqov, 2017-ci ildə isə Ramil Şeydayev ən çox səs toplayıb və “Ən yaxşı oyunçu” nominasiyasında qalib gəliblər.