3x3 Qızlar Turniri | İsmayıllı 2014

İsmayıllı Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı, AccessBank və UNICEF-in dəstəyi ilə “3x3 Qızlar” turniri keçirilib. Turnirdə 78 komanda, 390 oyunçu iştirak edib. Onlardan 146 nəfəri indiyə qədər hər hansı turnirdə iştirak etməmiş oyunçular olub.
 
 
Turnir zamanı “Dəqiq zərbə”, “11 metrlik zərbə”, “Futbol tennis” və s. yarışlar təşkil olunub. Qaliblərə hədiyyələr 19 və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Patrisiya Gonzales, 15 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçisi Siyasət Əsgərov və AccessBankın nümayəndələri tərəfindən təqdim edilib.
3 yaş qrupu üzrə keçirilmiş turnirdə ilk üç yeri tutmuş komandaları diqqətinizə çatdırırıq:
 
Elite Senior Junior
Garabagh Imishli Ganja Ulduzlar
Real Sumgayit 5 Mingachevir
Ahmedli United Imishli 55 Gakh UGIM 2
 
 
 
 
 
 
3x3 Qızlar Turniri | İsmayıllı 2014 3x3 Qızlar Turniri | Bakı 2013