Qızlar Bacarır

2018 il 8 mart tarixində UNİCEF və AFFA qızların gücləndirilməsini hədəfləyən “Qızlar bacarır” adlı yeni layihənin başladığını elan etdilər. Layihə çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış 4 qadının qarşılaşdığı çətinliklərlə mübarizəsi və öz sahələrində özlərinə inam sayəsində qazandıqları uğur hekayələrindən bəhs edən videoçarxlar hazırlanıb.
Video roliklərdə baş rollarda futbol üzrə milli komandanın kapitanı olmuş Əminə Heydərova, 15 yaşlı ixtiraçı və sahibkar Reyhan Camalova, əsərləri xarici ölkələrdə çap edilmiş şair və yazıçı Leyli Salayeva və Azərbaycan Fövqəladə Hallar Nazirliyində çalışan yeganə qadın xilasedici Sima Səfərova çəkiliblər.
 
 
Qızların hüquqlarını tanımaq və dünyadakı qızların qarşılaşdığı unikal çətinliklərə diqqət çəkmək üçün hər il oktyabrın 11-i beynəlxalq qızlar günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd dünyada qızların inkişafı üçün xidmət edən bütün təşkilatları bir araya gətirməkdir.

2019 il Niderland Krallığı Səfirliyinin dəstəyilə BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən birgə təşkil olunmuş “#QızlarBacarır” futbol festivalı keçirilmişdir.
 
 
 
 
 
Qızlar Bacarır İdmanda zorakılığın azalması Uşaq haqları və sağlam həyat tərzi Qızlarımıza futbol çox yaraşır! Xoşməramlı səfir - Şakira