Qızlarımıza futbol çox yaraşır!

Park Bulvar Alış-Veriş Mərkəzində AFFA – UNICEF əməkdaşlığını işıqlandırmaq məqsədi ilə «Qızlarımıza futbol çox yaraşır» aksiyasi keçirlib. Tədbir zamanı iki böyük monitorda AFFA – UNICEF əməkdaşlığı çərçivəsində keçirilən müxtəlif tədbirlərin qısa videoçarxı nümayiş olunub. Məlumat stendinə yaxınlaşan qonaqlara əməkdaşlıq haqda məlumat verilib, qeyd olunub ki, əməkdaşlığın əsas məqsədi gənc qızlar arasında sağlam həyat tərzinin təbliği və uşaq haqları sahəsində maarifləndirmə işlərinin aparılmasıdır.
U-17 UNICEF qızlar Liqasında mübarizə aparan komandaların üzvlərinin də iştirak etdiyi tədbirdə UNICEFvə AFFA tərəfindən müxtəlif hədiyyələr paylanıb.
 
 
 
Qızlar Bacarır İdmanda zorakılığın azalması Uşaq haqları və sağlam həyat tərzi Qızlarımıza futbol çox yaraşır! Xoşməramlı səfir - Şakira