Uşaq haqları və sağlam həyat tərzi

19.07.2012 tarixində AFFA-nın Futbol akademiyasında "Binə" Qadın Futbol Klubunun üzvləri üçün UNİCEF Azerbaijan və AFFA-nın əməkdaşlığı çərçivəsində “Sağlam həyat tərzi və uşaq haqları” mövzularında treninq keçirilib.
 
 
 
 

21.04.2012 tarixində Şağan Olimpiya İdman Kompleksində U-17 UNİCEF qızlar Liqasında çıxış edən «Mingəçevir» komandasının üzvlərinə «Sağlam həyat tərzi və uşaq haqları» mövzusunda treninq keçirilib. Maarifləndirici xarakter daşıyan tədbirdə qızlara sağlam həyat tərzi və uşaq haqları barədə geniş məlumat verilib. Tədbir iştirakçılarına AFFA və UNİCEF tərəfindən müxtəlif hədiyyələr və tədris materilalları təqdim olunub.
 
 
 

30.10.2012 tarixində Şağan Olimpiya İdman Kompleksində AFFA və UNİCEF Azerbaijan-ın əməkdaşlığı çərçivəsində qadınlardan ibarət «Qusar» Futbol Klubunun oyunçuları üçün «Sağlam həyat tərzi və uşaq haqları» mövzusunda treninq təşkil olunub. Mühazirə «Independent live» (the Centre of Development & Aid)  nümayəndəsi Aydın Xəlilov  tərəfindən oxunub.
Maarifləndirici xarakter daşıyan tədbir qızların bu mövzulara aid biliklərinin və ümumilikdə dünya görüşlərinin genişlənməsinə (idmanın onların həyatında oynadığı müsbət rol, uşaq haqları və s.) istiqamətləndirilib. Tədbir zamanı qızlara yuxarıda qeyd olunan mövzulara aid maarifləndirici material paylanıb.
 
 
 

24.10.2012 tarixində AFFA və UNİCEF Azerbaijan-ın birgə əməkdaşlığı çərçivəsində Şağan Olimpiya İdman Kompleksində qadınlardan ibarət «Samur» klubunun üzvləri üçün «Sağlam həyat tərzi və uşaq haqları» mövzusunda UNİCEF nümayəndəsi tərəfindən treninq keçirilib.
 
 
 

07.09.2011 tarixində AFFA və UNİCEF Azerbaijan arasında mövcud əməkdaşlıq çərçivəsində bu gün AFFA-nın Futbol akademiyasında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri üçün «Sağlam həyat tərzi və uşaq haqları» mövzusunda treninq təşkil olunub. Sonra isə AFFA-nın Futbol akademiyasının meydançasında qızlardan ibarət U-17 yığması ilə «Fidan» klubu arasında yoldaşlıq oyunu keçirilib.
 
 
 

 
29.06.2011 tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə UNİCEF Azerbaijan arasında mövcud olan əməkdaşlıq çərçivəsində 201 saylı orta məktəbin stadionunda «Sağlam həyat tərzi və uşaq haqları» mövzusunda növbəti treninqlər keçirilib.
 
 
 

 
 
Qızlar Bacarır İdmanda zorakılığın azalması Uşaq haqları və sağlam həyat tərzi Qızlarımıza futbol çox yaraşır! Xoşməramlı səfir - Şakira