İyunun 13-də Rusiyanın Moskva şəhərində FIFA-nın 68-ci konqresi keçiriləcək. AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov Konqresdə iştirak edəcək.
FIFA-nın prezidenti Gianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Topaz Premyer Liqasının 2017/2018-ci il mövsümünün qalibi olması, ardıcıl 5-ci dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.