az en
Xəbərlər Əsasnamə Təqvim Cədvəl
 
2015-2016-cı il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Bakcell-in sponsorluğu ilə 14 yaşadək (U-14 Liqa) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan Kubokunun
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
  1. Bu qaydalar kubokda iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
  1. "Bakcell U-14 Elit Kuboku" aşağıdakı məqsədlər üçün keçirilir:
  • Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi
  • Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi
  • Liqalarda yaranan fasilədən səmərəli istifadə
  • Uşaq və yeniyetmə fubolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
  • Komandaların turnirin yekununda tutduğu yerin müəyyən edilməsi
 
3. İştirakçıların müəyyən olunması
 
3.1   "Bakcell U-14 Elit Kuboku"nda klublara və komandalara iştirak hüququnu AFFA verir.
 
4. Qeydiyyat qaydaları
 
4.1 Sifariş sənədləri Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinə (UGYTŞ) əvvəlcədən müəyyən edilmiş vaxtda təqdim olunmalıdır.
4.2 Komandalar cari mövsümdə AFFA tərəfindən təşkil olunan liqalarda (U-14 Liqa ) iştirak edən lisenziyalı oyunçuları sifariş edə bilər.
4.3 Aşağıdakı sənədlər tələb olunur:
  • Təsdiqlənmiş bir ədəd sifariş vərəqəsi.
4.5 Klub və ya komandalar sifariş vərəqəsinə 25 futbolçunun adını daxil etmək hüququna malikdir.
4.6 Region Elit komandaları sifariş vərəqəsinə 18 futbolçunun adını daxil etmək hüququna malikdir.
 
5. Oyun forması ilə bağlı qaydalar:
 
5.1 Liqada iştirak edən Region Elit komandaları “Elit Məşq” formaları ilə digər komandalar isə  müvafiq formaları ilə çıxış etməlidir.
5.2 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
5.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-ya məlumat verməlidir.
 
6  Yarışın keçirilmə sistemi
 
6.1   Birinci mərhələdə 16 komanda qrup sistemi ilə qarşılaşır, hər qrupda 4 komanda olmaq şərti ilə 4 qrupa bölünürlər. Qrup mərhələsinin təqvimi püşkatma yolu ilə tərtib olunacaqdır.
6.2  Qrup mərhələsində oyunlar bir dövrədən ibarətdir. Bu mərhələnin oyunları yekunlaşdıqdan sonra hər qrupdan ilk iki yerin sahibi 1/4 final mərhələsinə vəsiqə qazanacaqdır.
6.3 1/4 final mərhələsindən etibarən qaliblər aşağıda göstərilən qaydalar üzrə müəyyən olunacaq:
  1. 1/4 final mərhələsinin oyunlarında qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşdirilir.
  2. Oyunun əsas vaxtı ərzində vurulan qolların sayı eyni olduqda hər biri 10 dəqiqədən ibarət iki hissə oynanılacaq
  3. Əlavə vaxtda qalib müəyyənləşməsə penalti zərbələri keçiriləcək. Hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməsə penalti zərbələri qalib müəyyənləşənə qədər davam edəcəkdir.
6.4  1/4 final mərhələsinin cütlükləri qrup mərhələsinin nəticələrinə əsasən  müəyyən olunur. A qrupunun qalibi B qrupunun ikinci yer sahibi ilə, C qrupunun qalibi D qrupunun ikinci yer sahibi ilə, B qrupunun qalibi A qrupunun ikinci yer sahibi ilə, D qrupunun qalibi C qrupunun ikinci yer sahibi ilə qarşılaşacaqlar.
6.5 1/4 final mərhələsində qalib gələn komandalar 1/2 final mərhələsinə vəsiqə qazanacaqlar.
6.6 1/2 final mərhələsində 1/4 final mərhələsinin birinci cütlüyü ilə ikinci cütlüyün qalibləri, üçüncü cütlüyü ilə dördüncü cütlüyün qalibləri qarşılaşacaqlar.
6.7 1/2 final mərhələsində məğlub olan komandalar üçüncü yer, finala vəsiqə qazanan komandalar isə qalıb adı uğrunda mübarizə aparacaq.
 
7. Yarışın təqvimi
 
7.1    Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
7.2    Qrup mərhələsinin qaliblərinin müəyyən olunması:
  • Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur
  • Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir
  • Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
  • Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən
  • Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən
  • Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
  • Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
  • Komandaların qələbə saylarına əsasən
  • Ən az qırmızı və sarı kartlara görə toplamış xalların fərqinə əsasən (sarı kart 1 xal, qırmızı kart 3 xal)
 
8. Meydança
8.1      Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir.
8.2      Meydançada standartlara uyğun iki qapı olmalıdır.
 
9. Oyunun təşkili
9.1      Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 15 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
9.2 “Bakcell U-14 Elit Kuboku”nda Elit komandaların nəqliyyaat və otel xərcləri AFFA tərəfindən ödənilir.
 
10. Oyun qaydaları
10.1    Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
10.2    Oyunlar iki hissədən ibarətdir. Hər hissə 30 dəqiqə, hissələrarası fasilə isə 10 dəqiqədir.
10.3    Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur. Oyunun protokoluna 18 futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
10.4    Yalnız  6 rəsmi şəxs və 7 futbolçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
10.5    Texniki zonada siqaret çəkmək qadağandır.
 
 
11. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
11.1    Oyun ərzində hər komanda 7 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə zamanı ehtiyat hakim meydançanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir.
11.2    Meydançaya daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
11.3    Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
 
12. Oyunun protokolu
 
12.1    Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
12.2    Protokolda  futbolçunun  adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
12.3    İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
12.4    Komandalar oyundan ən azı 15 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
12.5    Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziya da aşağıdakılar əks olunur:
  • Lisenziyanın nömrəsi
  • Komandanın adı
  • Şəxsin adı, soyadı, atasının adı
  • Fotoşəkil
  • Doğum tarixi
12.6    Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
12.7    Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilməz.
12.8    Oyunun baş tutması üçün komandalar meydançada tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır.
 
13. Oyun protokolunda futbolçu adlarının yerdəyişməsi
 
13.1    Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
  • Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
  • Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
 
14. Hakimlik və İnspeksiya
 
14.1    "Bakcell U-14 Elit Kuboku"nun oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi  "Bakcell U-14 Elit Kuboku"nun oyunlarına 4 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi və 1 ehtiyat hakimi)
14.2    Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
14.3    Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
14.4    Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
 
 
15. AFFA İntizam qərarları
15.1    Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
Sarı və qırmızı vərəqələr
15.2    Alınan bütün sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır.
15.3    Oyun zamanı qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
15.4    Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
15.5    Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
15.6    Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
15.7    Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş hesab olunur.
15.8    Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
 
 
16. Protestlər
 
16.1    Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri AFFA-nın UGYTŞ-nə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-nə çatdırılmalıdır.
16.2    Protestlərə aşağıdakı hallarda baxılmır:
  • 11 metrlik cərimə zərbələrinin təyin olunub-olunmaması
  • “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə
  • Topun qapı xəttini keçib-keçməməsi barədə
16.3    İntizam Komitəsinin qərarı ilə razılaşmayan komanda 3 gündən gec olmayaraq Apellyasiyaya müraciət edə bilər.
 
 
17. Mükafatlandırma
 
17.1    Turnirdə ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq.
17.2    Turnirin sonunda bombardir və ən yaxşı futbolçu seçilir və qiymətli hədiyyələrlə mükafatlandırılır.
 
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları