az en
Əsasnamə Təqvim Cədvəl Bombardirlər
Ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri arasında keçirilən
U-11 Qızlar Liqasının
Əsasnaməsi
  1. Əsas müddəalar
    1. Bu qaydalar “Məktəblərdə futbol dərsi” turnirində iştirak edən komandaların və turnirin təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
  1. Məqsəd və vəzifələr
  • uşaqlar arasında futbolun təbliği və kütləviliyin artırılması;
  • uşaq futbolçuların ustalığının yüksəldilməsi;
  • uşaqların idmana marağının artırılması və zərərli vərdişlərdən uzaqlaşdırılması;
  • məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlar arasında dostluq əlaqələrinin yaradılması, sağlam həyat tərzinin təbliğ edilməsi.
 
  1. Liqaya rəhbərlik
    1. U-11 Qızlar Liqası AFFA-nın və Təhsil Nazirliyinin  rəhbərliyi altında keçirilir.
 
4. İştirakçılar
4.1. U-11 Qızlar Liqasında Təhsil Nazirliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilən "Məktəblərdə futbol dərsi" layihəsinə qoşulan Bakı şəhərinin 12 ümumi təhsil məktəbinin 11 yaşlı V və VI sinif şagirdləri (2005, 2006 və 3 nəfər 2004-cü il doğum tarixli) iştirak edə bilər. 
4.2. U-11 Qızlar Liqasında  bir məktəb bir komanda ilə təmsil oluna bilər.
4.3. U-11 Qızlar Liqasında oynayan futbolçular ancaq oxuduqları məktəbi təmsil edə bilərlər.
5. Qeydiyyat qaydaları
5.1. Sifariş sənədləri AFFA-ya əvvəlcədən müəyyən edilmiş vaxtlarda çatdırılmalıdır. Sənədlər gec təqdim olunacağı təqdirdə məktəb turnirə buraxılmayacaq.
5.2. Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
- AFFA tərəfindən xüsusi hazırlanmış V və VI sinif şagirdlərinin sifariş vərəqəsinin dolğun şəkildə təqdim olunması (şəkil və möhür olmaq şərti ilə) - 1 nüsxə;
- şəxsiyyəti təsdiq edən sənədin surəti (doğum haqqında şəhadətnamə, səxsiyyət vəsiqəsi və ya xarici pasport) - 1 nüsxə;
- bütün oyunçular üçün həkim tərəfindən imzalanmış və möhürlənmiş sağlamlıq haqqında arayış;
- qeydiyyatdan əlavə oyunçu keçirmək istəyən komandalar ən gec oyundan iki gün əvvəldən müraciət etməlidir;
 - məşqçilər təhsilini, məşqçilik kurslarında (UEFA Pro, A, B, C) və digər xüsusi kurslarda iştirakını təsdiq edən diplom, sertifikat və digər sənədlərin surətlərini təqdim etməlidirlər (əgər mövcuddursa).
 
  1. Yarışın keçirilmə sistemi
6. U-11 Qızlar Liqası dairəvi sistem üzrə keçirilir (yarımfinal və final oyunlarından ibarətdir).
6.2. U-11 Qızlar Liqasının təqvimi püşkatma yolu ilə tərtib olunur. İlkin olaraq ümumtəhsil məktəblər bir-birilə görüşür və qalib komandalar final oyunlarına vəsiqə qazanır.
6.3. Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 15 (on beş) dəqiqə, hissələrarası fasilə isə 5 (beş) dəqiqədir. Meydan sahibi olan komanda protokolu birinci doldurur. Matçın protokoluna minimum 10 maksimum 15 qız futbolçunun ad və soyadı daxil edilə bilər.
6.4. Oyunlar №4 toplarla keçirilir.
6.5. Oyunlarda əvəzetmə matçın protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir.
6.6. Hər komanda limitsiz əvəzetmədən istifadə edə bilər.
6.7. Komandalar oyunun başlanmasına 30 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər.
6.8. U-11 Qızlar Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edəcək.
 
  1. Meydança
    1. Birinci mərhələnin oyunları məktəb meydançalarında, yarımfinal və final mərhələsinin oyunları isə AFFA tərəfindən təyin olunmuş meydançalarda keçiriləcəkdir. Oyunlar zamanı həkim briqadası AFFA tərəfindən təmin olunacaq.
 
  1. Qaliblərin müəyyən edilməsi
8.1. Yarış olimpiya (play-off) sistemi ilə keçirilir. Oyun ərzində qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazanır. Oyun heç-heçə bitərsə penalti seriyası təyin olunur. Hər komanda 5 zərbədən istifadə edir. Ümumi nəticələrdə üstün olan tərəf növbəti mərhələyə keçir.
8.2. 5 penalti zərbəsindən sonra nəticələr bərabər olarsa, o zaman qalibi müəyyənləşdirənə qədər hər komanda 1 penalti zərbəsindən istifadə edir.
 
  1. Cəzalar
9.1. Qırmızı vərəqə alan oyunçu komandanın keçirəcəyi növbəti oyunu buraxmır. Oyun zamanı 2 sarı vərəqə alan futbolçu yalnız həmin oyunu buraxır və cəzalanan futbolçunun əvəzinə başqa futbolçu meydana daxil ola bilər (cəzalar növbəti mərhələyə aid edilmir).
9.2. Heyətində sənədi saxtalaşdırılan futbolçu aşkarlanan komanda dərhal yarışdan kənarlaşdırılır.
9.3 Hər hansı saxtakarlıq edən komandanın məşqçisi (müəllimi) yarışlarda iştirak hüququnu itirir.
 
  1. Mükafatlandırma
10.1. Final mərhələsində çempionatın ilk 3 (üç) yerini tutan komandaların oyunçuları və məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq. Qalib komandaya U-11 Qızlar Liqasının kuboku təqdim olunacaq.
10.2. U-11 Qızlar Liqasının bombardiri və ən yaxşı oyunçusu dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
10.3. U-11 Qızlar Liqasında iştirak edən hər bir komandanın üzvləri və məşqçiləri oyun formaları və idman ləvazimatları ilə təmin olunacaq.
 
  1. Oyunlarda iştirakdan imtina
11.1. Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, həmin komandaya texniki məğlubiyyət verilir.
  1. Maliyyə xərcləri
12.1. U-11 Qızlar Liqasının oyunları zamanı komandaların yol xərcləri AFFA tərəfindən təmin edilir.
12.2. AFFA nümayəndələrinin, hakimlərin, texniki heyətin nəqliyyat və digər məsələlər üzrə xərclərinin ödənilməsini AFFA öz üzərinə götürür.
12.3. AFFA U-11 Qızlar Liqasının futbol topları ilə təmin olunmasını və idman geyimlərinin xərclərini öz üzərinə götürür.
12.4. Qalib komanda üçün kubokun, çempionatın ilk 3 (üç) yerini tutan komandaların oyunçu və məşqçiləri üçün medal və diplomların, Liqanın bombardiri və ən yaxşı oyunçusu üçün hədiyyələrin alınması üzrə xərcləri AFFA öz üzərinə götürür.
12.5. AFFA turnirə və sponsorlara aid bütün məlumatları yaymaq hüququna malikdir.
 
13. Mətbuat
13.1. Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün ezam olunmuş mətbuat nümayəndələrinə müvafiq şərait yaradılmalıdır.
13.2. Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və komanda rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
 
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları