az en
Əsasnamə Təqvim Cədvəl Final mərhələsi
2019/2020-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 10 yaşadək  (U-10) futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1.Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2.Məqsəd və vəzifələr
2.1  U-10 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
Uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi
Uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi
Uşaq və yeniyetmə fubolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
Komandaların mövsümün yekununda tutduğu yerin müəyyən edilməsi
 
3.İştirakçıların müəyyən olunması
3.1 U-10 Liqada klublara və komandalara iştirak hüququnu AFFA verir.                             
3.2 Premyer Liqada iştirak edən klubların müvafiq yaş qrupundan ibarət komandasının U-10 Liqanın cari mövsümündə iştirakı mütləqdir.
3.3 U-10 Liqada bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
 
4.   İştirakçı komandanın öhdəlikləri
4.1 İştirakçı klublar və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klublar və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər,valideynlər və s.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 U-10 Liqada iştirak edən klub və ya komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə U-10 Liqanın təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
4.5 İştirakçı klub və komandalar futbolçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.
 
5.Transfer, icarə və sifariş məsələləri
5.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 05.01.2020-ci il tarixdən – 31.01.2020-ci il tarixədək,və ikinci seçmə mərhələdən 1 həftə əvvəl ikinci seçmə mərhələni ilk oyun başlanılan tarixə  qədər transfer pəncərəsi açıq elan edilir (Liqada çıxış edən bütün komandalar üçün  transfer müddəti eynidir).
5.3 Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.4 Yalnız transfer pəncərəsi dövründə edilən müraciətlərin qərarı cari mövsüm ərzində icra oluna bilər. Transfer pəncərsindən əvvəl və ya sonra edilən məsələlərə bağlı qərar növbəti mövsümə şamil edilir. 
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
6.Oyun forması ilə bağlı qaydalar:
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında mütləq  qoruyucular (şitki) olmalıdır.
Qeyd: Futbolçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
 
7.  Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
7.1 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər: 
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Ümumvətəndaş pasportu
Tibbi arayış
Məktəb arayışı
Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
Müqavilə
Anket
Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
e) Təqdim olunan sənədlərdəki (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) təvəllüdlə Təhsilin İdarə olunmasının Məlumat Sistemi (TİMS) saytında göstərilən təvəllüd fərqli olarsa, komanda məlumatlandırılacaq. Bir həftə ərzində oyunçunun əsl sənədi (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və VVAQ-dan arayış) təqdim edilməlidir. Bu müddət ərzində tələb olunan sənədlər təqdim olunmasa, bu hal sənədlərin saxtalaşdırılması kimi qəbul olunacaq.
 
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
 
7.2 Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam Komitəsi tərəfindən aşağıda qeyd olunan cəzalar tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Futbolçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
8.Yarışın keçirilmə sistemi
8.1 Yarışlar iki (2) - seçmə mərhələ və final mərhələsindən ibarətdir.
 
I seçmə mərhələ
8.2 Birinci seçmə mərhələ regionlardakı komandaların sayından asılı olaraq iki, üç və ya dörd dövrədən ibarətdir.
8.3 Komandaların birinci dövrədə topladığı xallar növbəti dövrədə qüvvədə qalır.
8.4 U-10 Liqada hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş mərkəz şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilir:
 
Regional Futbol Federasiyası (RFF)
Keçirilmə yeri
I seçmə mərhələ
Birbaşa Final mərhələsinə çıxan komandalar
II seçmə mərhələyə çıxan komandaların sayı
Final mərhələsinə çıxan komandaların sayı
1-ci dövrədəki iştirakçıların sayı
2-ci dövrədəki iştirakçıların sayı
3-cü dövrədəki iştirakçıların sayı
4-cü dövrədəki iştirakçıların sayı
Mərkəz RFF
Beyləqan
10
6
4
-
-
3
2
Mərkəz RFF
Ağsu
6
6
6
4
-
3
Cənub RFF
Lənkəran
6
6
6
4
-
3
2
Cənub RFF
Cəlilabad
7
6
4
4
-
3
Şimal RFF
Sumqayıt
9
8
4
-
-
3
2
Şimal RFF
Siyəzən
7
6
4
4
-
3
Şimal-Qərb və Qarabağ RFF
Mingəçevir
6
6
6
4
-
2
2
Şimal-Qərb və Qarabağ RFF
Zaqatala
7
6
4
4
-
2
Şimal-Qərb və Qarabağ RFF
Qəbələ
7
6
4
4
-
2
Qərb RFF
Tovuz
10
8
4
-
-
3
2
Gəncə RFF
Göygöl
7
6
4
4
-
3
Naxçıvan RFF
Naxçıvan
8
-
-
-
1
-
1
Bakı FF
Bakı
17
8
-
-
5
-
5
 
8.5 Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
8.6 I seçmə mərhələnin qaliblərinin müəyyən olunması:
a) Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur;
b) Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir;
c) Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən;
Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış  qolların sayına əsasən;
Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə; 
Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
Komandaların qələbə saylarına əsasən;
8.7 Bölgələr üzrə final mərhələsinə aşağıda göstərilmiş qaydaya uyğun olaraq 16 komanda vəsiqə qazanır:
 
Birbaşa final mərhələsinə vəsiqə qazanan komandalar:
 Yuxarıdakı cədvəldə birbaşa final mərhələsinə vəsiqə qazanan komandaların sayı göstərilib.
II seçmə mərhələ vasitəsi ilə final mərhələsinə vəsiqə qazanan komandalar.
II seçmə mərhələdə ilk iki yerin sahibləri final mərhələyə vəsiqə qazanacaqlar:
Sumqayıt və Siyəzən şəhərlərində keçiriləcək seçmə mərhələnin ilk üç yerin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Qəbələ, Zaqatala və Mingəçevir şəhərlərində keçiriləcək seçmə mərhələnin ilk iki yerin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Ağsu və Beyləqan şəhərlərində keçiriləcək seçmə mərhələnin ilk üç yerin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Cəlilabad və Lənkəran şəhərlərində keçiriləcək seçmə mərhələnin ilk üç yerin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
Gəncə və Tovuz şəhərlərində keçiriləcək seçmə mərhələnin ilk üç yerin sahibləri bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
 
II seçmə mərhələnin keçirilmə şərtləri
I seçmə mərhələdə toplanan xallar II seçmə mərhələdə nəzərə alınmır.
II seçmə mərhələyə yüksələn komandaların oyunları növbəli qaydada hər iki şəhərdə keçirilir.
II seçmə mərhələnin qalibləri  I seçmə mərhələsinin meyarlarına görə müəyyənləşdirilir.
 
9.Final mərhələsi
9.1 Final mərhələdə 16 komanda olimpiya sistemi ilə qarşılaşır.
9.2 Final mərhələsi 1/8, 1/4, 1/2 mərhələlərindən ibarətdir. III yer uğrunda oyun və final oyunundan ibarətdir.
9.3 1/2 final mərhələdə məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır.
9.4 Final mərhələsinin 1/8 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur .
9.5 II seçmə mərhələ play-off sistemi ilə keçirilir (ev-səfər). Hər iki oyunun nəticələrinə görə vurulan və buraxılan toplar əsas vaxtda eyni sayda olarsa, o zaman rəqib meydanında daha çox top vuran komandaya üstünlük verilir. Əgər bu göstəricilər də eyni olarsa, o zaman hər hissəsi 7 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Hesab dəyişdiyi halda isə üstünlük səfər qoluna verilir.
Əgər oyunun əlavə hissələrində oyunun əsas hissəsinin nəticəsi dəyişməzsə, penalti zərbələri ilə qalib müyyənləşir (Hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməzsə, penalti zərbələri qalib müəyyənləşənə qədər davam etdirilir). 
9.5 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır.
9.7 Ev sahibi komanda oyunu top ilə təchiz etməlidir.
9.8 Təcili Tibbi Yardım maşını oyundan əvvəl meydançanın ərazisində olmalıdır.
(Təcili Tibbi Yardım maşını olmadan baş hakim oyunu başlaya bilməz).
9.9 Ev sahibi komanda hakimlər və rəqib komandanı paltardəyişmə otağı ilə təmin etməlidir.
 
10.  Meydan
10.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanda keçirilir. 
10.2 Meydanın uzunluğu (45-50 m.), eni (30-32 m.)
10.3 Meydanda iki qapı olmalıdır.
10.4 Penalti nöqtəsindən qapı xəttinə olan məsafə 7 m.
10.5 Cərimə meydançası qapı xəttindən 9 m. məsafədə olan paralel olmalıdır
 
Meydanın sxemi:
 
11.Oyunun təşkili
11.1 U-10 Liqanın oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
11.2 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
11.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adları,soyadları yazmalı və [email protected]
 elektron poçt adresinə göndərilməlidir. Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər və oyundan öncə futbolçuların lisenziyaları baş hakimə təqdim etməlidir. Komandalar futbolçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
11.4  Oyun başlayan vaxta klub və ya komanda meydanda olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır.Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydanda olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır.
11.5 U-10 Liqasında əvvəlcədən AFFA tərfindən müəyyənləşdirilmiş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Bakı zonasında çıxış edən komandalar və peşəkar futbol komandaları nəqliyyat xərci ilə təmin olunmur)
11.6 U-10 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
 
12.Oyun qaydaları
12.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir. 
12.2 U-10 Liqada “Oyundankənar “ (off-side) vəziyyəti və sarı, qırmızı vərəqə tətbiq olunmur.
12.3.Liqada yaşı 11-dək olan futbolçular iştirak edə bilər (təvəllüdü 01.01.2010-cu ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü). 
12.4 2019/2020-ci il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
12.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 20 dəqiqə, hissələrarası fasilə isə 5 dəqiqədir.
12.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Oyunun protokoluna 20 futbolçunun adı qeyd olunur (7 əsas və 13 ehtiyyat oyunçu).
12.7 Yalnız komanda tərkibində qeydiyyatdan keçirilmiş lisenziyası olan nümayəndələr (baş məşqçi,köməkçi məşqçilər,həkim və komanda administratoru və b.) və 13 futbolçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
12.8 Top  meydanı qapı xəttindən tərk edərsə top meydana əl ilə və ya ayaq ilə daxil oluna bilər, top mərkəz xəttini keçməmək şərtilə.
12.9 Top mərkəz xəttini keçərsə rəqib sərbəst zərbə ilə oyuna başlayır.
12.10 Top mərkəzdən başlanıldığı zaman 3 toxunuş olmadan vurulan qol hesaba alınmır.
12.11 Oyun zamanı oyunçu öz qapıçısına ötürmə edərsə, qapıçının topa əl ilə toxunması qadağandır. 
12.12 2019/2020-ci il mövsümündə AFFA tərəfindən keçirilən bütün aşağı yaş liqalarda eyni klubun və ya komandanın tərkibində sifariş olunmuş futbolçulardan yalnız 3-ü (üçü) mövcud lisenziyanı təqdim etdikdə, yuxarı liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
Qeyd: Premyer Liqada iştirak edən klublara şamil edilmir.
12.13 Liqada hər komanda üçün oyun zamanı meydanda Azərbaycan vətəndaşı olmayan maksimum 2  oyunçunun olmasına icazə verilir (Əvəzetmə zamanı limit pozulmamalıdır).
12.14 Meydanda siqaret çəkmək qadağandır.
 
13.Oyun zamanı futbolçuların əvəzlənməsi
13.1 U-10 Liqada əvəzetmə limitsizdir. Əvəz olunmuş oyunçu yenidən meydana daxil ola bilər. 
13.2 Meydana daxil olmağa hazırlaşan futbolçu hakimə lisenziya ilə yaxınlaşmalıdır.
13.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 13 futbolçu eyni zamanda edə bilər.
 
14.Oyunun protokolu
14.1 Komandalar oyundan ən azı 75 dəqiqə öncə elektron protokolu [email protected] elektron poçt ünvanına göndərməlidir.
14.2 Protokolda  futbolçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır.  
14.3 Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
14.4 Oyunun hakimi oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
Lisenziyanın nömrəsi
Komandanın adı
Şəxsin adı, soyadı, atasının adı
Fotoşəkil
Təvəllüdü
14.5 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır. 
14.6 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır.
14.7 Oyun ərzində zədələnmə və s. kimi hallar baş verərsə,oyunçu dəyişikliyi üçün ehtiyyat oyunçu olmazsa  komanda 5 nəfər ilə (2 nəfər azlıqda) oyuna davam edə bilər.Oyun gedişi zamanı zədə alanların sayı 3 nəfər olarsa, oyunun baş hakimi oyunu saxlayır.
4 nəfər futbolçu ilə oyuna davam edilə bilməz.
 
15. Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
15.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
15.3  Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmır.
15.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klublar və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər. Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
16. Hakimlik və İnspeksiya
16.1 U-10 Liqanın oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakim idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi U-10 Liqanın oyunlarına 1 nəfərdən ibarət hakim təyin edir.
16.2 Hakim oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdır.
16.3 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 12 saat ərzində AFFA-ya təqdim olunmalıdır. 
16.4 Hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini (lisenziyalarını) mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
16.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
17. AFFA intizam qərarları
17.1 Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
18.Sarı, qırmızı və yaşıl vərəqələr
18.1  U-10 Liqada sarı və qırmızı vərəqələrdən istifadə olunmur.
18.2 Oyun zamanı kobudluq edən oyunçu olarsa oyunun hakimi tərəfindən baş məşqçiyə bildirilir və həmin oyunçu 5 dəqiqəlik oyundan kənarlaşdırılır.
18.3  Oyundan kənarlaşdırılmış oyunçu cəza müddəti (5 dəqiqə) bitdikdən sonra yenidən oyuna daxil ola bilər (komanda meydanda tam heyətdə olmalıdır)
18.4  Oyun zamanı cəzalandırılmış oyunçunun (cəza müddəti bitməmiş) əvəzinə digər oyunçu meydana çıxa bilər.
18.5 AFFA-nın U-10 Liqasında "Yaşıl kart" qaydası tətbiq olunur. Oyun ərzində FAIR PLAY qaydalarına əməl edən futbolçulara hakimlər tərəfindən "Yaşıl kart" göstəriləcək. 
 
19. Protestlər
19.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun hakimi, AFFA-nın UGYTŞ-yə öz izahatını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 12 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır. 
19.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
11 metrlik cərimə zərbələrinin təyin olunması
11 metrlik cərimə zərbələrinin təyin olunmaması
Topun qapı xəttini keçib-keçməməsi barədə
19.3 AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
 
20. Mükafatlandırma
Final mərhələsi
20.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq.
20.2  İlin sonunda ən çox “Yaşıl kart” alan oyunçu AFFA tərəfindən  mükafatlandırılır.
 
21. Mətbuat
21.1  Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
22. Stadion və iştirakçı komandaların təminatı
22.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Top №4 (təsdiq edilmiş sayda)
b) Qapılar 4 ədəd
c) Qapı toru
d) Oyun gödəkçələri (jilet)
e) İcarə haqqı
22.2 Mövsüm ərzində AFFA tərəfindən əvvəlcədən müəyyən olunmuş komandalar aşağıdakı bəndlər üzrə təmin olunur:
a) Nəqliyyat xərcləri (təsdiq edilmiş məbləğdə)
 
23. Reklam lövhələri və aksiyaları (promotion)
23.1  Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. 
 
 
Baş Sponsor 
Proyekt Partnyorları