az en
Əsasnamə Təqvim Cədvəl
2017/2018-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Gənclərdən ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
 
Əsasnaməsi
 
1. Əsas müddəalar
 
  1. Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
 
2. Məqsəd və vəzifələr
 
2.1   Gənclər Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
  • Turnirin qalibini müəyyən etmək
  • Yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi
  • Yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi
  • Yeniyetmə fubolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunması
  • Komandaların mövsümün yekununda tutduqları yerlərin müəyyən edilməsi
 
3. Yarışlara rəhbərlik
  • Gənclər Liqasının keçirilməsini və nəzarəti AFFA həyata keçirir.
  • Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin (UGYTŞ) nümayəndəsi oyunlarda AFFA nümayəndəsi qismində iştirak edə bilər.
 
 
4. İştirakçıların müəyyən olunması
 
  1. Gənclər Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.
  2.  Gənclər Liqasında bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
4.3 Premyer Liqa, I Divizion və aşağı yaş qrupları üzrə liqalarda (U-15, U-16 və U-17 olmaq şərti ilə) son 4 mövsüm iştirak etmiş komandalar Gənclər Liqasısında iştirakla bağlı müraciət edə bilər.
 
 
5. Futbolçuların doğum tarixləri və liqalardakı iştirakı
 
5.1   Gənclər Liqasında 1999-cu il təvəllüddən etibarən futbolçular iştirak edə bilər.
5.2 Oyun zamanı meydanda 1999-cu il təvəllüdlü ən çox 5 (beş) nəfər futbolçu iştirak edə bilər (doğum tarixi 01.01.1999 -cu ildən başlayanlar).
5.2  2017/2018 ci il mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş futbolçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
5.3   Futbolçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur.
5.4 “Gənclər Liqası”-da hər komanda meydanda Azərbaycan vətəndaşı olmayan maksimum 2 futbolçu ilə çıxış edə bilər.
  1.  Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar keçirilən zaman texniki zonaya buraxılmır.
 
 
 
6. Transfer, icarə və sifariş məsələləri
 
6.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
6.2 Hər futbolçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər.
6.3 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilən qaydalar üzrə həyata keçirilməlidir:
a) Klubun əlavə sifariş etmək hüququna məhdudiyyət yoxdur.
b) Mövsümün əvvəlində futbolçuya verilən lisenziya mövsümün sonunadək həmin futbolçunun kluba məxsus olduğunu göstərir.
c) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
  • əvvəlki klubundan azad transfer (və ya icarə haqqında məktub) və lisenziyasını təqdim etməlidir
müqaviləsi olmadığı və ya müqavilənin müddəti bitdiyi halda:
  • əvvəlki klubundan lisenziyasını təhvil verməlidir və ya lisenziya itirildiyi halda oyunçunun çıxış məktubunu təqdim etməlidir.
c) Dövrələrarası fasilədə əlavə sifarişlərin sayına məhdudiyyət yoxdur. Sifarişlərin müddəti UGYTŞ tərəfindən əvvəlcədən rəsmi elan olunur.
6.4 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
 
Qeyd: “Futbola Qoşul ” onlayn sistemi vasitəsi ilə qeydiyyata qoşulan hər hansı klub digər klubdan transfer və ya icarə etdikdə, ikinci klubun “Futbola Qoşul ” onlayn sistemi vasitəsi ilə təsdiqi gəlmədiyi halda, klub “Futbola Qoşul” onlayn sisteminin kömək xidmətinə müraciət etməlidir. Klub müraciətində “Transfer” və ya “İcarə“ məktubunun olduğunu göstərməlidir. Kömək xidməti  ikinci klub adından sorğunu qəbul etdikdən sonra, transfer və ya icarə edən klubun yüklədiyi “Transfer” və ya “İcarə“ sənədlərini yoxladıqdan sonra təsdiq (oyunçunun transferini və ya icarəsini) edə bilər.
 
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
 
6.5 Mövsüm ərzində aşağıda göstərilən hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
  • Doğum haqqında şəhadətnamə
  • Şəxsiyyət vəsiqəsi
  • Xarici pasport
  • Tibbi arayışı
  • Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil
  • Müqavilə
  • Anket
  • Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
e) Təqdim olunan sənədlərdəki (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) təvəllüdlə Təhsilin İdarəolunmasının Məlumat Sistemi (TİMS) saytında göstərilən təvəllüd fərqli olarsa, komanda məlumatlandırılacaq. Bir həftə ərzində oyunçunun əsl sənədi (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və VVAQ-dan arayış) təqdim edilməlidir. Bu müddət ərzində tələb olunan sənədlər təqdim olunmasa, bu hal sənədlərin saxtalaşdırılması kimi qəbul olunacaq.
 
6.6 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
 
7. İştirakçı komandanın öhdəlikləri
 
7.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2  İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3 Klub onu təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyır.
7.4   Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə məsuliyyət daşıyır. Komanda oyuna 15 dəqiqə qalmış meydançanın ərazisini Polislə təmin etməlidir.
 (Polis olmadan baş hakim oyunu başlaya bilməz)
7.5   Ev sahibi komanda oyunu 6 topla təhciz etməlidir.
7.6   Təcili Tibbi Yardım maşını oyuna 15 dəqiqə qalmış meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını olmadan baş hakim oyunu başlaya bilməz)
7.7  Ev sahibi komanda bir gün öncə digər şəhərdən gələn qonaq komanda tərəfindən müraciət olunduğu halda məşq üçün meydançanı təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılaşma olmadığı halda qonaq komanda məşq üçün meydançanı bir saatdan artıq müddətə tələb edə bilməz.
7.8  Hər klub və ya komanda əlaqələndirici şəxs təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Sifariş vərəqəsində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və.s göstərilməlidir.
7.9  Hakim-inspektorun oyunu izləməsi üçün tribunada müvafiq yer ayrılmalıdır. Oyundan sonra nəticə ilə bağlı AFFA-nın UGYTŞ-ni məlumatlandırılması vəzifələrini yerinə yetirməlidir.
 
Oyun forması ilə bağlı qaydalar:
 
7.10  Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
7.11 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının (getri) altında qoruyucular (şitki) olmalıdır.
7.12 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-ə məlumat verməlidir.
7.13 Gənclər Liqasının loqosu(şevron) oyun formasında əks olunmalıdır.
 
 
8. Yarışın keçirilmə sistemi
 
8.1 Gənclər Liqasında oyunlar 9 komandanın iştirakı ilə 3 dövrədən ibarət dairəvi sistemlə keçirilir.
8.2 Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur. Eyni zamanda 3-cü dövrənin oyunları püşkatma əsasında 1-ci və ya 2-ci dövrənin təkarı olaraq təyin olunur.
8.3 Qaliblərin müəyyən olunması:
  • Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
         görə isə xal verilmir
  • Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
         göstəricilərə görə müəyyən olunur:
  • Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
  • Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
         qolların sayına əsasən
  • Komandaların öz aralarında səfərdə vurulan qolların sayına əsasən
  • Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
  • Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
  • Komandaların qələbə saylarına əsasən
  • Ən az qırmızı və sarı kartlara görə toplanmış xalların fərqinə əsasən (sarı kart   
         1 xal, qırmızı kart 3 xal)
 
8.4 Gənclər Liqasının oyunları həftənin çərşənbə günü keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
8.5 UGYTŞ hər ayın əvvəli liqanın aylıq təqvim planını klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndərəcəkdir. Təqvimdə oyunların yerləri, tarixləri, keçirilmə saatları göstəriləcəkdir. Hər bir klub və ya komandanın ələqələndirici şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlamasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaqdır
8.6  Gənclər Liqasında iştirak edən komandalar xarici ölkələrə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqanın təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə Gənclər Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
8.7 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə yeri, tarixi və ya saat dəyişikliyi ilə bağlı müraciət UGYTŞ-yə daxil olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz olaraq qalacaqdır və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcəkdir. Oyun günü və yeri dəyişilməz qaldığı təqdirdə saat dəyişikliyi ilə bağlı müraciət oyuna ən gec 2 gün qalmış edilməlidir.
8.8 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqə, hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir. Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Meydan sahibi olan komanda protokolu əvvəl doldurur. Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
8.9 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış oyun keçirilən meydançaya gəlməlidirlər. Oyunun başlanmasına 45 dəqiqə qalmış oyunın protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə qeyd olunan komanda ev sahibi hesab edilir. Oyunun təşkili ev sahibi komanda tərəfindən həyata keçirilir.
 
9. Meydança
 
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı təminat məktubunu UGYTŞ-yə təqdim etməlidirlər. UGYTŞ meydançanı yoxlamağa ehtiyac gördükdə meydançada inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə verdikdən sonra komanda rəqiblərini həmin meydançada qəbul edə bilər. Bir meydançadan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydança ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydançadan istifadəsinə icazə veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul olunmayacaqdır.
9.2  Fors-major hallarda komanda meydançanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
9.3  Meydançada standartlara uyğun iki qapı olmalıdır.
 
 
10. Oyunun təşkili
 
10.1 Oyun ev sahibi komanda tərəfindən təşkil olunur.
10.2   Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
10.3 Komandalar oyunun başlamasından 60 dəqiqə öncə oyun keçirilən meydançaya gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə, komanda bu haqda təcili UGYTŞ-ya məlumat verməli və UGYTŞ bu halları araşdırıb müvafiq qərar verməlidir.)
10.4   Yalnız 6 rəsmi şəxsin və 7 futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
10.5   Ev sahibi komandanın 6 rəsmi şəxsindən biri mütləq həkim olmalıdır.
10.6  Texniki zonada siqaret çəkmək qadağandır.
 
10.7  Komandalar oyunun başlanmasından 45 dəqiqə öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
 
11. Oyun qaydaları
 
11.1   Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir. Yalnız aşağıdakı hallar istisnadır:
  • Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqədir.
  • Hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir.
 
12. Oyun zamanı futbolçuların əvəzlənməsi
 
12.1 Oyun ərzində hər komanda 5 əvəzetmədən istifadə edə bilər. Əvəzetmə zamanı ehtiyat hakim meydançanı tərk edən və meydana daxil olan futbolçuların nömrələrini tabloda göstərməlidir.
12.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri  etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
 
 
13. Oyunun protokolu
 
13.1  Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
13.2 Protokolda  futbolçunun  adı, soyadı, doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
13.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
13.4  Komandalar oyundan ən azı 45 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
13.5  Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
  • Lisenziyanın nömrəsi
  • Komandanın adı
  • Şəxsin adı, soyadı, atasının adı
  • Fotoşəkil
  • Doğum tarixi
13.6 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olumazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
13.7  Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya bir daha qayıda bilməz.
 
14. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
 
14.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
  • Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
          durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri
          ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 5 əvəzetmə   
          ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
  • Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin
          fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda
göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
 
 
15. Oyunlarda iştirakdan imtina
 
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
15.2  Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Liqaya buraxılmayacaq.
 
16. Oyunların təxirə salınması
 
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
 
16.1  Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə dərhal UGYTŞ-ni  məlumatlandırmalıdır.
Bu halda:
  • AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə
         bilər
  • AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-
         mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər
 
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
 
16.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
16.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində UGYTŞ komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
16.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klub və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
16.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandanın tələb olunan xərcləri öz üzərinə düşür.
16.6  Meydançanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydançanı təmin etməlidir.
16.7  Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
  • Meydança yararsız vəziyyətdə olduğu halda
  • Həmin liqada sifariş olunmuş futbolçulardan ən azı 5 nəfəri yığma
         komandalara ezam olunduğu halda
 
 
 
 
 
17. Hakimlik və İnspeksiya
 
17.1 Gənclər Liqasının oyunlarına AFFA-nın nümayəndəsi və Hakim-inspektor nəzarət edir. Nümayəndənin səlahiyyətinə oyunun keçirilməsi və ona nəzarət, hakim-inspektorun səlahiyyətinə isə oyunun hakimlər briqadasının işinə qiymət vermək daxildir.
17.2 Oyunları hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadası  idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Gənclər Liqasının oyunlarına 4 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi, 1 ehtiyat hakim)
17.3 Hakimlərin işinə nəzarəti AFFA-nın Hakim-inspektorları həyata keçirir.
17.4 Zərurət olduqda Hakim-inspektorlar eyni zamanda AFFA nümayəndəsi vəzifəsini yerinə yetirə bilər.
17.5 Hakimlər briqadası oyunadan 2 saat əvvəl oyunun keçiriləcəyi yerə gəlməlidir.
17.6 Hakim-inspektor oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalı, təhlükəsizlik əməkdaşları, Təcili Tibbi Yardım nümayəndəsi klub nümayəndələri və hakimlərlə birgə iclas təşkil etməlidir.
17.7 Hakim-inspektor və baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun başlanmasına kimi həll etsin.
17.8 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
17.9 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
17.10 Komandalar tərəfindən nümayəndənin, hakim-inspektorun və hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
 
 
18. AFFA intizam qərarları
 
18.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Ümmumiyyətlə, oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
 
Sarı və qırmızı vərəqələr
 
18.2 Keçən mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi (istisna hallardan başqa) cari mövsümə tətbiq olunmur.
 
İstisna hallar;
  • Ciddi dava-dalaşa görə verilən cəzalar,
  • Oyun epizodundan kənarda baş verən xüsusi münaqişələr zamanı verilən cəzalar.
 
18.3 Alınan bütün sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda daşıyır.)
18.4 Oyunçu oyunda qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
 
18.5 Oyun zamanı qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxacaqdır.
18.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
18.7 Alınan sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
18.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının cəzaları qüvvədə qalır.
18.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza çəkmiş kimi hesab olunur.
 
 
 
19. Protestlər
 
19.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri və ya inspektor AFFA-nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
19.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
  • 11 metrlik cərimə zərbələrinin təyin olunması
  • “Oyundankənar” (off-side) vəziyyətin müəyyən edilməsi barədə
  • Topun qapıdan keçib-keçməməsi barədə
19.3 İntizam Komitəsinin qərarı ilə razılaşmayan komanda 3 gündən gec olmayaraq apellyasiya verə bilər.
 
 
20. Mükafatlandırma
 
20.1 Liqada ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunacaq.
20.2  Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçiləcək və onlar da dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
 
21. Mətbuat
 
21.1 Oyunun işıqlandırılması (video və foto çəkilişin aparılması) üçün AFFA tərəfindən ezam olunmuş mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq şərait yaradılmalıdır.
21.2  Oyundan sonra müraciət olunduqda hər hansı futbolçu, məşqçi və klub rəsmisindən AFFA-nın mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
 
 
22. Reklam lövhələri və aksiyaları (promotion)
 
22.1  Meydançada reklam lövhələrinin (3 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. Reklam lövhələrinə cavabdehliyi ev sahibi komanda daşıyır.
22.2 Banerlər tələb olunan qaydada quraşdırılmadığı halda, klub və ya komanda oyun üçün meydançanı təmin etməmiş kimi qəbul olunur və İntizam Komitəsi tərəfindən müvafiq qərar çıxarılır.
 
 
 
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları