|
Orta məktəblərdə futbol dərsləri
|
Məktəblərdə futbol dərsi
Layihə haqqında ümumi məlumat
Son zamanlar ölkəmizdə futbolun kütləviliyinin artırılması istiqamətində bir çox layihələr həyata keçirilir. Bu addımların atılmasında məqsəd təkcə yüksək səviyyəli futbolçuların yetişdirilməsi deyil, eyni zamanda gənc nəslin bu idman növünə marağının daha da artırılması, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi və zərərli vərdişlərdən uzaqlaşdırılmasıdır.
Bu istiqamətdə görülən işlər arasında ən vaciblərindən biri süni örtüklü meydançaların inşa olunmasıdır. AFFA tərəfindən Bakıda və respublikamızın müxtəlif bölgələrində süni örtüklü meydançalar tikilərək təmənnasız olaraq uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilib. Bu isə, öz növbəsində, küçə və məhəllələrdə uşaqların futbol oynamasına rahat şərait yaradır.
Müxtəlif ərazilərlə yanaşı, süni örtüklü meydançalar məktəblərdə də inşa olunub və həmin məktəblərdə təhsil alan şagirdlər bu meydançalardan yararlanmaq imkanı əldə ediblər.
«Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, AFFA ilə Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıq müqaviləsi çərçivəsində «Məktəblərdə futbol dərsi» layihəsinin həyata keçirilməsinə start verilib.
|
|
.jpg)
|
239 saylı orta məktəb
2009-cu oktyabrın 12-də Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdə Respublika Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində «Məktəblərdə futbol dərsi» layihəsinin açılış mərasimi keçirilmişdir. .......
|
 (73).jpg) |
240 saylı orta məktəb
2009-cu il oktyabrın 23-də Nəsimi rayonundakı 240 saylı orta məktəbdə AFFA ilə Təhsil Nazirliyi arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində «Məktəblərdə futbol dərsi» layihəsinin açılış mərasimi keçirilib. .......
|
 (84).jpg) |
201 saylı orta məktəb
2009-cu il noyabrın 4-də 201 saylı orta məktəbdə
«Məktəblərdə futbol dərsi» layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və 201 saylı məktəbin direktoru Süsən Salmanova .......
|
 (74).jpg) |
160 saylı orta məktəb
2010-cu il fevralın 13-də Səbail rayonundakı 160 saylı orta məktəbin idman zalında futbolun kütləviliyinin artırılması məqsədilə AFFA, Təhsil Nazirliyi, Azercell və Sabail rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan 4-cü sinif şagirdləri arasında «Məktəbli kuboku»nun açılış mərasimi keçirilib .......
|
|