Emailinizi daxil edin

 
    02.09.2014

Home page
Site map
Send message
Komitə Üzvlər Struktur Əlaqə Xəbərlər
Azeri version
English version
Russian version


Tofiq Bəhramovun xatirəsi əziz tutulur

Bu gün dünya şöhrətli hakim Tofiq Bəhramovun doğum günüdür. O, 1925-ci ildə Bakıda anadan olub. Futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə “Neftyannik”ə dəvət olunub. Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci keçmiş ittifaq referisi olub. T.Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, Tofiq müəllim 1972-ci ildə Qitələrarası kubokun finalını (“Ayaks” (Hollandiya)- “İntependyente” (Argentina) idarə edib. DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu. Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdi. Bəhramov haqqında sənədli film də çəkilib.
Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası - Respublika stadionu onun adını daşıyır. Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb. 2004-cü il oktyabrın 14-də keçirilən abidənin açılış mərasimində FİFA prezidenti Yozef Blatter, UEFA-nın hazırkı prezidenti Mişel Platini, 1966-cı ildə Tofiq Bəhramovu məşhurlaşdıran qolun müəllifi Cefri Herst və AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyev iştirak etmişdi.
Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.


 

29.01.2008 - Arxivə gayıtmag

Son xəbərlər :
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
02.09.2014
01.09.2014
01.09.2014
01.09.2014
01.09.2014
31.08.2014
31.08.2014
31.08.2014
31.08.2014


 

 
 
 
Topaz Premyer Liqası
  Milli cempionat
 
Futzal
 
U-19 Liqası
 
Bakcell U-17 Liqası
 
U-16 Liqası
 
U-15 Liqası
 
U-14 Liqası
 
Coca-Cola U-13 Liqası
 
Atena U-12 Liqası
 
U-11 Liqası
 
U-19 qızlar Liqası
 
U-16 UNICEF qızlar Liqası
 
U-13 Qızlar Liqası
 
Caspian Cup - U-17
 
 
 
 
  Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.
2004-2007 © Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə rastlaşdığınız zaman ipr@affa.az vasitəsilə əlaqə saxlayın