az en

AFFA

Azərbaycan Milli Komandası

Sponsorluq müqaviləsi imzalanıb (fotolar) 14.10.2018 Sponsorluq müqaviləsi imzalanıb (fotolar)
Bu gün AFFA ilə Türkiyənin məşhur geyim brendi D’S Damat arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.   
“Ən yaxşı futbolumuzu oynamalıyıq” 10.10.2018 “Ən yaxşı futbolumuzu oynamalıyıq”
UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 11-də keçiriləcək Farer adaları – Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun, həmiçinin milli komandanın üzvü Pavel Paşayevin iştirakı ilə mətbuat konfransı təşkil olunub:  

Məşqçilər

Hakimlər

Məşqçilərlə görüş keçirilib 03.02.2017 Məşqçilərlə görüş keçirilib
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsi və Texniki departamentin əməkdaşları aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının məşqçi heyəti ilə görüş keçirib. Görüşdə yığma komandaların yanvar ayında təşkil edilmiş təlim-məşq toplanışları, eləcə də keçirdikləri oyunlar barədə hesabat dinlənilib, növbəti hazırlıq planları ilə bağlı fikir mübadiləsi aparılıb.   
Hakimlərdən test götürülüb (fotolar) 12.10.2018 Hakimlərdən test götürülüb (fotolar)
Bu gün Bakı Olimpiya Stadionunda Topaz Premyer Liqasının və I divizionun oyunlarını idarə  edən hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb. UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuchlik rəhbərlik edib.  

FIFA

UEFA

FIFA və AFFA rəhbərliyi görüşüb (fotolar) 03.10.2018 FIFA və AFFA rəhbərliyi görüşüb (fotolar)
Bu gün İsveçrənin Sürix şəhərində FIFA və AFFA rəhbərliyi arasında görüş keçirilib.  
“Uğur” çıxışını başa vurub 09.10.2018 “Uğur” çıxışını başa vurub
Region Liqasının 2017/2018-ci il mövsümünün qalibi “Uğur” (Sumqayıt) komandası UEFA Region Kubokunda çıxışını başa vurub.  

Çimərlik Futbolu

TOPAZ Premyer Liqası

Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları 

Ayın Faktı

İyun, 2015
Norveç və Azərbaycan milli komandaları arasında görüş 0:0 hesabı ilə yekunlaşıb

Ayın Faktı

May, 2015
Vladiqafqazda Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunub

Ayın Faktı

Aprel, 2015
16 yaşadək oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olublar.

Ayın Faktı

İyul, 2015
Xaçmazda "Live Your Goals" festivalı keçirilib

Ayın Faktı

Avqust, 2015
Azərbaycan milli komandası Türkmənistan yığması ilə oyunda qələbə qazanıb

Ayın Faktı

Sentyabr, 2015
U19 qızlar Avropa çempionatının ilkin seçmə mərhələsində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanıb

Ayın Faktı

Oktyabr, 2015
Azərbaycan milli komandası İtaliya millisi ilə qarşılaşdı

Ayın Faktı

Noyabr, 2015
Azərbaycan milli komandası Moldova ilə görüşdə 2:1 hesabı ilə qalib gəldi

Ayın Faktı

Dekabr, 2015
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının play-off mərhələsinə vəsiqə qazanıb. 

Ayın Faktı

Yanvar, 2016
Azərbaycan U-21 millisi "Antalya Cup" turnirinin qalibi oldu. 

Ayın Faktı

Fevral, 2016
Futzal üzrə Azərbaycan milli komandası Avropa Çempionatında iştirak edib

Ayın Faktı

Mart, 2016
AFFA-nın Hesabat-Seçki konfransı keçirilib və Rövnəq Abdullayev növbəti 4 il üçün AFFA-nın prezidenti seçilib. 

Ayın Faktı

Aprel, 2016
Futzal üzrə Azərbaycan yığma komandası Dünya çempionatına vəsiqə qazanıb. 

Ayın Faktı

May, 2016
Azərbaycanda UEFA U-17 Avropa çempionatı keçirilib və Portuqaliya millisi turnirin qalibi olub. 

Ayın Faktı

İyun, 2016
"Coca-Cola Məktəbli Kuboku" turnirinin 2014-2015-ci il mövsümünün qalibi olmuş Səbail  rayonundakı 163 saylı orta məktəbin komandası Fransanın Lans və Lill şəhərlərində təşkil olunmuş Avropa məktəbli turnirində ("Euro Foot Jeunes") iştirak edib. 

Ayın Faktı

İyul, 2016
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edib.

Ayın Faktı

Avqust, 2016
Çimərlik futbolu üzrə Milli komandamız Avropa Liqasının A divizionuna vəsiqə qazanıb. 

Ayın Faktı

Sentyabr, 2016
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının ¼ final mərhələsinə qədər irəliləyib

Ayın Faktı

Oktyabr, 2016
DÇ-2018-in seçmə mərhələsində Norveç yığmasına 1:0 hesabı ilə qalib gələn, səfərdə Çexiya komandası ilə 0:0 hesablı heç-heçəyə nail olan Azərbaycan millisi 3 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşıb

Ayın Faktı

Noyabr, 2016
Göygöl şəhərində Göygöl Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib.

Ayın Faktı

Dekabr, 2016
Bakı Olimpiya Stadionunda “Coca-Cola Məktəbli Kuboku” turiniri ilə əlaqədar AFFA, Təhsil Nazirliyi və Coca-Cola arasında memorandumun yenilənməsi mərasimi keçirilib. 

Ayın Faktı

Yanvar, 2017
1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edib.
Yığmamız 5:4 (ümumi nəticə: 6:5) hesabı ilə qalib gələrək turniri 9-cu pillədə başa vurub.

Ayın Faktı

Fevral, 2017
UEFA-nın aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək Konqresində İcraiyyə Komitəsinə seçilmək uğrunda 8 yer üçün 13 namizədin mübarizə aparacağı siyahıya AFFA-nın baş katibi Elxan Məmmədovun da adı daxildir.
 

Ayın Faktı

Mart, 2017
Martın 15-də Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının XXIV növbəti Hesabat Konfransı keçirilib.

Ayın Faktı

Aprel, 2017
Millimiz Avropa çempionatına vəsiqə qazanıb

Ayın Faktı

May, 2017
23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Ayın Faktı

Avqust, 2017
“Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır.

Ayın Faktı

Sentyabr, 2017
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2019-cu ildə UEFA Avropa Liqası turnirinin final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

Ayın Faktı

Oktyabr, 2017
19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıb.  ​

Ayın Faktı

Noyabr, 2017
Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Ayın Faktı

Fevral, 2018
Bakı – 9 fevral 2018-ci il. “Coca-Cola” tərəfindən təşkil edilən FIFA Dünya Çempionatının Kubokunun dünya turu çərçivəsində Kubok bu gün ilk dəfə olaraq Azərbaycana gətirilib.
 

Ayın Faktı

Mart, 2018
Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.

Ayın Faktı

May, 2018
Mayn 16-da Fransanın Lion şəhərindəki “Stade de Lyon” stadionunda “Marsel” (Fransa) – “Atletiko” (İspaniya) komandaları arasında keçirilən UEFA Avropa Liqası turnirinin 2017/2018-ci il mövsümünün final oyunundan öncə arenada UEFA-nın prezidenti Aleksander Çeferin UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun ilk simvolik biletini AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib. Simvolik biletin təqdimatında UEFA-nın baş katibi Teodor Teodoridis və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2018/2019-cu il mövsümünün final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi barədə qərar UEFA İcraiyyə Komitəsinin 2017-ci il sentyabrın 20-də keçirilmiş iclasında qəbul olunub.

Ayın Faktı

İyun, 2018
AFFA-nın təşkilatçılığı ilə iyunun 19-dan 21-dək Füzuli rayon Qayıdış və Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbələrində “Cəsur ürəklər” adlı festival keçirilib. Layihənin həyata keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Layihəyə əsasən, Füzuli rayon Qayıdış və Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbələrində 2 gün ərzində futbol festivalı, müxtəlif əyləncələr təşkil olunub. Festivalda Füzuli rayonunun müxtəlif kənd və qəsəbələrindən 15-i qız olmaqla 300-ə yaxın uşaq və yeniyetmə iştirak edib.
Layihə çərçivəsində Füzuli rayon Qayıdış və Cocuq Mərcanlı qəsəbələrinin sakinlərinə idman ləvazimatları təqdim edilib. Həmçinin, Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunub. Yeni meydançada AFFA əməkdaşlarının, Qayıdış və Cocuq Mərcanlı qəsəbələrinin komandalarının iştirakı ilə yoldaşlıq oyunları keçirilib.
Qeyd edək ki, AFFA-nın dəstəyilə irəli sürülən “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə davamlı olaraq ilin sonunadək həyata keçiriləcək.

Ayın Faktı

İyul, 2018
AFFA-nın təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda idman mediasının nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. KİV təmsilçiləri və AFFA əməkdaşlarının iştirakı ilə 4 oyundan ibarət mini-turnir təşkil olunub. Sonda qalib komandaya mükafatlar təqdim edilib. Baş katib Elxan Məmmədov AFFA rəhbərliyi adından mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.