az en
News / Rayan Giqqz Bakı Olimpiya Stadionunda oldu

Rayan Giqqz Bakı Olimpiya Stadionunda oldu

Avro-2020 Dərc olundu: 24.02.2020 Çap
AVRO-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir. 
 Rayan Giqqz Bakı Olimpiya Stadionunda oldu
Baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin daxil olduğu nümayəndə heyəti fevralın 24-də stadionlara baxış keçirib, infrastrukturla yaxından tanış olub.
Bakı Olimpiya Stadionunda olduğu zamanı baş məşqçi R.Giqqz bir sıra yerli klubların aşağı yaş qruplarından ibarət komandalarının futbolçularına avtoqraf verib, onlarla söhbət edib və xatirə şəkilləri çəkdirib.
Daha sonra AVRO-2020 ilə əlaqədar yaradılmış Yerli Təşkil Komitəsinin ofisində qonaq olan R.Giqqz, ardınca Könüllülər Mərkəzində könüllülərlə görüşüb.
Uels millisi iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə milli komandalarına qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
 
Baş Sponsor 
Partnyorlar