az en
News / AFFA-da Argentina səfiri ilə görüş

AFFA-da Argentina səfiri ilə görüş

AFFA Dərc olundu: 18.09.2020 Çap
Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Argentina respublikasının ölkəmizdəki səfiri Sergio Osvaldo Perez Gunella ilə görüşüb. Görüşdə Azərbaycan və Argentinanın futbol qurumları arasında qarşılıqlı əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə olunub. Səfir müzakirələrdən razılığını ifadə edib, bugünkü görüşü 2019-cu ildə keçirilmiş ilk görüşün davamı olaraq qiymətləndirdiyini vurğulayıb, Argentina Futbol Assosiasiyası və AFFA-nın əməkdaşlığı barədə layihənin təqdimatı ilə çıxış edib.
 
AFFA-da Argentina səfiri ilə görüş
Baş Sponsor 
Partnyorlar