az en
News / AFFA-da səfirlə görüş keçirilib

AFFA-da səfirlə görüş keçirilib

AFFA Dərc olundu: 22.04.2021 Çap
Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb. Görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına İsveçrə milli komandasının, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, AVRO-2020-nin A qrupu çərçivəsində İsveçrə milli komandası Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq.
 
AFFA-da səfirlə görüş keçirilib
Baş Sponsor 
Partnyorlar