az en
News / AFFA-da Vətən müharibəsi iştirakçısı ilə görüş

AFFA-da Vətən müharibəsi iştirakçısı ilə görüş

AFFA Dərc olundu: 05.01.2021 Çap
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Kütləvi futbol departamentinin əməkdaşı Orxan Mikayıllı ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib.
 
AFFA-da Vətən müharibəsi iştirakçısı ilə görüş
İcraçı vitse-prezident Elxan Məmmədov görüş zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib, Vətən müharibəsinin bütün iştirakçılarına ölkəmizin futbol ailəsi adından təşəkkürünü bildirib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunması münasibətilə Orxan Mikayıllını bir daha təbrik edib.
 
Baş Sponsor 
Partnyorlar