az en
News / AFFA futbol meydanları ilə bağlı tender elan edir

AFFA futbol meydanları ilə bağlı tender elan edir

AFFA Dərc olundu: 19.11.2021 Çap
Bakı şəhərində (Bayıl stadionu), Mingəçevir şəhərində və Tovuz rayonunda standart ölçülərə malik (oyun sahəsi - 105m x 68 m) futbol meydanlarının quraşdırılması ilə bağlı AFFA tender elan edir.
 
AFFA futbol meydanları ilə bağlı tender elan edir
Qiymət təklifi sənədi
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 163) göndərə bilər.
 
Tenderin müddəti: 10 dekabr 2021-ci il, saat 17:00
Ödəniş şərtləri: 30% müqavilə imzalandıqdan sonra, 30% mallar istehsal olunduqdan sonra, 30% ot örtüyü quraşdırıldıqdan sonra, 10% ot örtüyü müvafiq FİFA sertifikatı aldıqdan sonra
Quraşdırılma tarixləri: Aprel, may, iyun 2022-ci il
 
 
Baş Sponsor 
Partnyorlar