az en
News / AFFA nümayəndəsi UEFA “Fight The Fix” Akademiya proqramını bitirib

AFFA nümayəndəsi UEFA “Fight The Fix” Akademiya proqramını bitirib

UEFA Dərc olundu: 24.04.2023 Çap
İtaliyanın paytaxtı Romada UEFA-nın üzv assosiasiyalarının, Cənubi Amerika və Afrika assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın Lozanna Universiteti ilə birgə təşkil etdiyi UEFA “Fight The Fix” Akademiya proqramının 3-cü - sonuncu mərhələsi keçirilib.
Akademiya proqramını müvəffəqiyyətlə başa vurmuş UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə müvafiq sertifikat təqdim olunub.
AFFA nümayəndəsi UEFA “Fight The Fix” Akademiya proqramını bitirib
Qeyd edək ki, kursun əsas məqsədi “Danışılmış oyunlarla mübarizə” proqramı (UEFA FTF) danışılmış oyunlara qarşı mübarizədə iştirak edən peşəkarları kəşfiyyat məlumatları toplamaq, araşdırmalara rəhbərlik və istintaq proseslərinə kömək etmək üçün lazım olan məlumatlar, vasitələr və bacarıqlarla təmin edir.
UEFA FTF proqramı tədqiqatların aparılması və oyuna cəlb olunanların təqib edilməsi üçün tələb olunan bacarıqlara diqqət yetirərək danışılmış oyunlar sahəsində çalışan peşəkarlar üçün unikal təlim imkanıdır. İştirakçıları bu fenomen ilə bağlı dolğun məlumatlarla təmin etmək, son hadisələr və monitorinq vasitələri haqqında ətraflı məlumat verməklə yanaşı, A-dan Z-yə istintaq və digər prosedurları nəzərdən keçirir.
Baş Sponsor 
Partnyorlar