az en
News / AFFA-nın 30 illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçirilib (fotoreportaj)

AFFA-nın 30 illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçirilib (fotoreportaj)

AFFA Dərc olundu: 06.12.2022 Çap
AFFA-nın təsis olunmasının 30 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bu gün “Dalğa Arena”da yoldaşlıq oyunu təşkil olunub.
AFFA-nın 30 illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçirilib (fotoreportaj)
CBC Sport kanalı vasitəsilə canlı yayımlanan oyunda AFFA-nın, Peşəkar Futbol Liqasının əməkdaşlarından və Azərbaycan milli komandalarının məşqçilərindən ibarət komanda ilə Misli Premyer Liqasında çıxış edən klubların əməkdaşlarından və həmin klublarda çalışan məşqçilərdən təşkil olunmuş komanda üz-üzə gəlib. Hər iki komandanın üzvlərini yubiley münasibətilə təbrik edən, xatirə şəkli çəkdirən AFFA-nın prezidenti Rövnəq Abdullayev veteran futbolçular Kazbek Tuayev və Çingiz İsmayılovla birlikdə simvolik olaraq topa ilk toxunuşu ediblər. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə başa çatıb. AFFA-nın heyətində İlqar Qurbanov (2), Arif Əsədov, Fərrux İsmayılov və Zaur-Hacı Məhərrəmov fərqlənib. Klubların qolların isə Xaqani Məmmədov (4) və Zaur Tağızadə vurub.
 
Baş Sponsor 
Partnyorlar