İsveçrənin SGS şirkəti 2022-ci ildə AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma Qrupu 2023/24-cü illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.